Şou-biznes

Ərim saçımı qırxdı, qızım 3 gün depressiyaya düşdü - VİDEO - FOTO

11 May 2020 12:24
10 Şərh     Baxış: 4 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı aktrisa Tünzalə Əliyeva olub.

Milli.Az bildirir ki, xərçəng xəstəsi olan aktrisa çəkdiyi əziyyətlərdən danışıb:

"Məni tanıyanlar bilir ki, uzun saç mənim üçün önəmli idi. Birdəfəlik kəsə bilmirdim. Yavaş-yavaş kəsdirdim. Xırda hörüklər etdirmişdim. Axşam yatıb, səhər oyananda hörüklərimdən biri yastığıma tökülmüşdü. Röyala dedim ki, belə dözə bilməyəcəm, birdəfəlik qırxaq. Həkimə gedib-gəldim. Gördüm yoldaşım saçını keçəl qırxıb. Sonra mənim saçımı da qırxdı. Qızım Zəhra 3 gün depressiyaya düşdü.

"Ana, saçın hanı, ata, saçın hanı"? deyirdi. Sonra məcbur yaylıq bağladım. Çox ağır dönəmlərdən keçdim. Bu yaxınlarda həkimə getdim, mənə dedi ki, sənə yaxşı xəbərim yoxdur. İndi də böyrək damarlarında törəmə var. Koronavirusla bağlı kimyaterapiya da ala bilmirəm. Bütün dünyada dayanıb.

Əvəzində dərman qəbul edirəm. Hər halımda dözürəm. Kimyaterapiyaların təsirindən çox zəif düşmüşdüm. 8-ci mərtəbədə yaşayırdım. Çıxıb sürahidən tutub öz-özümə deyirdim, atım, atmayım? Axırı Röyalı çağırırdım ki, gəl ayağımı aşağı sal. Çünki o qədər gücsüz idim ki, ayağımı aşağı salmağa belə taqətim yox idi. Dərindən nəfəs alırdım. Güclü olmaq lazımdır. Özümü ayaqda tutmağı bacarırdım".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.