Şou-biznes

Türk müğənni Əhmədi məhkəməyə verəcək - Mahnısını oğurlayıb - FOTO

7 May 2020 18:48
9 Şərh     Baxış: 2 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin pop ulduzu Buray azərbaycanlı müğənni Əhməd Mustafayevi oğurluqda ittiham edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi uşaqlar üçün bəstələdiyi "Evdə qal" mahnısının Ə.Mustafayev tərəfindən mənimsədildiyini bildirib.

İnstaqramda post paylaşan sənətçi qeyd edib ki, Əhməd onun klipindəki rəqsləri, musiqini plagiat edib: "Əmək oğrusu! Sözləri, melodiyanı keçirəm. Bəs uşaqların rəqsi? Hər şeyi plagiatdır. Söz və musiqi müəllifi yerinə də öz adını yazıb.

Şikayət edəcəyik, məhkəmədə qarşılaşacağıq. Biz xalqa işıq, uşaqlara xoş əhval olsun deyə bu mahnını yazdıq. Yəni, ticari bir məqsədimiz olmayıb. Bu səbəbdən təzminat tələb etməyəcəyik. Verdiyim zəhmətin başqa ad altında təqdim olunması məni kədərləndirir. Əslində o, bizə yox, öz fanatlarına qarşı ayıb edib".

Burayın sözügedən paylaşımından sonra Əhməd Mustafayev mahnını yutub səhifəsindən silib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.