Şou-biznes

"Mən yalnız Afaq Bəşirqızının..." - "Moşu"dan AÇIQLAMA

21 Aprel 2020 14:39
9 Şərh     Baxış: 11 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Valeh Kərimov həmkarı, Xalq artisti Afaq bəşirqızı ilə bağlı yaranmış qalmaqala fikir bildirib.

Milli.Az xəbər verir ki, sənətkar ölkə.az-a açıqlamasında dünənki hadisədən xəbərsiz olduğunu deyib:

''Mən dünən Afaq xanımla gedən xəbərlərdən xəbərsizəm. Çünki həmin xəbərləri nə oxumuşam, nə də izləmişəm. Köhnə həmkarı olduğuma görə də yalnız yaxşı tərəflərini deyə bilərəm. Afaq xanım istedadlı bir aktrisadır. Xalqın, hər kəsin sevdiyi Xalq artistidir. Çox yaxşı iş yoldaşıdır. Biz Afaq xanımla 15 il birlikdə işləmişik. Hər zaman da bir-birimizə hörmət etmişik''.

Qeyd edək ki, ötən gün isə onun ARB TV-də efirə gedən "Elgizlə izlə" proqramında işlətdiyi qeyri-etik ifadələr gündəmə gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.