Şou-biznes

"Kənan heç dram da çəkə bilmir" - İlkin

9 Aprel 2020 18:49
6 Şərh     Baxış: 3 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir dəfə yazdım ki, Kənan yaxşı oğlandır, İnşallah, yaxşı rejissor da olar. Kənan da başladı söyüşlər yazmağa. Kənan heç dram da çəkə bilmir. Hamısından yaxşı film çəkməsin, çəkilsin".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı İlkin Həsəni "Söhbətsiz" verilişində deyib. O, "Ay Brilliant" filmlərini lentə alan rejissor Kənan M.M.-lə yaşadıqları qalmaqaldan söz açıb.

İlkin Kənanın rejissorluğunu bəyənmədiyini söyləyib:

"Gələnlərin əksəriyyəti kimisə təkrarlayır. Əgər yeni gələnin bir özünəməxsusluğu yoxdursa, yadda qalmayacaq. Bu, onun geyimi, saçı, danışığı, hərəkətləri ola bilər. İstəyirəm yeni simalar üzə çıxsın: ləhcəylə danışmayan, fikrini düzgün ifadə edən... İndi televiziyalarda təmizləmə işləri başlayıb. Amma təmizlənənlərin yerinə də gələnlər köhnə aparıcılardır". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.