Şou-biznes

Könül Kərimova 8 aylıq nəvəsinə ev alıb

9 Aprel 2020 18:39
10 Şərh     Baxış: 7 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Könül Kərimova qızı Ləmanı və nəvəsini görə bilməməkdən şikayətlənib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Şou ATV" verilişində danışan müğənni övladının rayonda yaşadığını söyləyib. Kərimova nəvəsi üçün aldığı hədiyyəni də açıqlayıb:

"Qızım Ağcəbədidə yaşayır. Kürəkənimin işi oradadır. Onları qoyub bura köçə bilməzlər. İndi də yollar bağlanıb, ayrı qalmışıq. Nəvəm, qızım üçün çox darıxıram. Başqa bir duyğulardır. Bütün günü görüntülü danışıram, ürəyim partlayır.

Nəvəm üçün ev almışam. 8 aylıqdır, Allah qismət etsə, ona ad günü keçirəcəm. Hər kəsi başımıza toplayacam, nəzir verib, qurbanlar kəsəcəm.

Nəvəmə ilk dəfə Nilay adı qoymuşdular. Xoşum gəlmədi, etiraz etdim. Dəniz adını istəyirdim. Onlar da məndən xəbərsiz gedib, adı dəyişiblər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.