“Sizin evdə olmağınız üçün həyatımızı təhlükəyə atırıq”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mənə gələn məlumata əsasən, məsələ çox ciddi və təhlükəlidir. Karantin qaydalarına riayət etməsək, bu məsuliyyəti öz üzərimizə götürməsək, yoluxanların, ölənlərin sayı saniyəbəsaniyə artacaq".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xədicə Sənanqızı aparıcısı olduğu "Gün başladı" proqramında deyib.
X. Sənanqızı vətəndaşlara müraciət edərək onları məsuliyyətli olmağa dəvət edib: "Çox xahiş edirəm, bu, təhdid, zarafat və şayiə deyil. Bütün dünya bununla mübarizə aparır. Biz zamanında məsələyə müdaxilə etdik, ayıq davrandıq. Lazım olan tədbirlər görüldü ki, yoluxma faizlərimiz az olsun! İndi danışdıqca həyəcanlanıram. Həyəcan təbili çalındı!
Açıq etiraf edirəm, sizin evdə olmağınız üçün həyatımızı təhlükəyə atırıq. Mənim də ailəm, sevdiklərim var. Təkcə bizim studiyadan söhbət getmir! Çalışmaq məcburiyyətində olan insanlar var. Çalışırlar ki, siz yeməksiz, susuz, məlumatsız qalmayasız. Siz də anlayışlı olun! TV 24 saat sizi maarifləndirir, polislər küçələrdə sizə xəbərdarlıq edir. Bundan artıq nə edək? Dövlət bundan artıq vətəndaşlarını necə qorusun?
İsti evinizdə əyləşmək çətin deyil ki?! Heç kim bu karantin dövründə acından ölməyəcək. Dünən mənim instaqram səhifəmə biri rəy yazdı. Gəncin şərhi mənə toxundu, cavabını da yazmışam. Sizin ehtiyacınız varsa, mən yardım əlini uzadaram. Hələ bu günə qədər eşitməmişəm ki, kimsə acından ölsün. Küçədə yaşayan insanlar belə acından dünyasını dəyişmir!
Qanun hər kəs üçün qanundur. Indi hamı öz fərziyyəsini irəli sürür, özünə borc bilir ki, şərh bildirsin! Deyirlər ki, dünyanın apardığı siyasətdir. Hər nədirsə, bizim üzərimizə düşəni edək. Yaxınlarınızın səhhəti ilə oynamaq olmaz".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlqarə necə arıqladığını açıqladı
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
XƏBƏR LENTİ
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)





