Şou-biznes

Nazilə Səfərli efirdən uzaqlaşdırıldı

12 Mart 2020 10:04
33 Şərh     Baxış: 14 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şairə Nazilə Səfərli ARB TV-də aparıcısı olduğu "Ona qalsa" proqramından uzaqlaşdırılıb.

Milli.Az xəbər verir ki, onun verilişinin aparıcılığı prodüser Sayqa Cahidə tapşırılıb.

ARB TV-nin mətbuat katibi Ozal İbrahimli Axşam.az-a açıqlamasında məlumatı qismən təsdiqləyib:

"Bayram günlərində Nazilə Səfərlinin işləri olduğu üçün onun yeri boş qalmasın deyə, verilişi Sayqa Cahid aparacaq. Nazilə Səfərlinin efirdən uzaqlaşdırılması müzakirə mövzusu deyil. Bayramdan sonra aparıcılığına davam edəcək".

N.Səfərli isə bu barədə sualları cavablandırmayıb.

S.Cahidlə əlaqə saxlamaq istəsək də, o, telefona cavab verməyib.

Qeyd edək ki, "Ona qalsa" verilişi mövsümün ortasında "Üç əlli" proqramının əvəzinə həftəiçi beş gün olmaqla yayıma başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.