Şou-biznes

Tolikin verilişini bağlayan Murad Dadaşovdan Zaur Kamala tapşırıq

11 Mart 2020 16:16
12 Şərh     Baxış: 6 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Zaur Kamal "Xəzər" TV-yə rəhbər seçilən Murad Dadaşov barədə danışıb.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, aparıcı "5/5" verilişində bildirib ki, M.Dadaşov ona verilişi ilə bağlı bir neçə tapşırıq verib:

"Murad bəy bu vəzifəyə təyin olunandan sonra mənə söylədi ki, Azərbaycan musiqilərinə, milli adət-ənənələrimizə hər zaman diqqət yetirin. Verilişə çağıracağınız qonaqları da ona uyğun seçin. Verilişiniz saat 19:00-dan 21:00-a qədər yayımlanır. Elə vaxtdır ki, baxımlı saatdır. Hamı işdən yorğun gəlir. Elə qonaqlar dəvət et ki, tamaşaçılar baxıb zövq alsın".

Qeyd edək ki, M.Dadaşov "Xəzər" TV-yə rəhbər seçiləndən sonra prodüser Tolikin aparıcılıq etdiyi "Hər şey daxil" verilişini bağlayıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.