Şou-biznes

Ərini ilk dəfə toy gecəsi görən ƏMƏKDAR ARTİST: Onda mənim heç... - FOTO

10 Mart 2020 14:04
5 Şərh     Baxış: 13 946
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yəqin, zamanında qapınıza çox elçilər gəlib?!"

Milli.Az xəbər verir ki, bu sualla "Şou ATV"də Nanə Ağamalıyeva qonağı olan Əməkdar artist Mətanət İsgəndərlinin atası Məhəmmədəli İsgəndərliyə müraciət edib.

Atası Mətanətlə bağlı peşmançılığını efirdə etiraf edib:

"Çox, çox... 4 qızın ola, elçilərin olmaya?! Birini vermirsən, o birinə qız özü "atkaz" gedir. Siftə xam olmuşam, bunu (Mətanəti işarə edir - red) vermişəm. Cavan idim də, nə yaşım var idi onda mənim. Nə bilirdim elçilik nədir, verdik getdi. Ancaq, o biri qızlardan soruşmuşam getmək istəyib istəmədiklərini. Mətanəti verəndə soruşmadım heç".

Əməkdar artist atasının sözlərini təsdiqləyərək həyat yoldaşını toy günü gördüyünü açıqlayıb:

"Mən görmədiyim, bilmədiyim bir adama ərə getdim. O vaxt başqa dövür idi. Onda mənim heç 18 yaşım tamam olmamışdı".  

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.