Əməkdar artist Mətanət İsgəndərli "Şou ATV"nin canlı efirinə atası Məhəmmədəli İsgəndərli ilə təşrif buyurub.
Milli.Az xəbər verir ki, canlı efirdə Məhəmmədəli İsgəndərli 57 yaşlı müğənni qızına görə qabağını kəsən şəxsdən danışıb:
"Orta yaşlı kişi idi, qabağımı kəsdi. Dedi "Səni axtarırdım, telefon nömrəni də bilmirəm, evinizi tanımıram" dedi. Soruşdum ki, "Nə məsələdir?". Dedi "sizə elçi gəlmək istəyirəm". Tutuldum ki, kimin üçün elçi gəlir bu. Soruşdum "Kimi istəyirsən sən?", qayıtdı ki, "Mətanət xanımı". Dedim "Başın xarabdır sənin? Belə elçilik olur? Küçədə elçilik olur?". "Mətanət olmasa onda Sədaqəti ver" - deyəndə istədim qulağının dibinə bir dənə vurum bunun. Belə elçilik olur?! Dedi "Mənim belə geyinməyimə baxma. Mən varlıyam. Mənim Naxçıvanda villam var". Dedim yeri get işinlə məşğul ol, yeri, yeri..." . Qabağımı kəsəndə elə bildim pul istəyir. Dedim verərəm də, yazıqdır. Gördüm yox, adə. Bunun məqsədi başqadır".
Məhəmməd Vaqif
Milli.Az