Şou-biznes

Xəzər TV-dən Tolikin verilişi ilə bağlı RƏSMİ AÇIQLAMA - Tolik çıxarılır?

7 Mart 2020 13:57
19 Şərh     Baxış: 12 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər Televiziyasına yeni təyin olunmuş Baş direktor Murad Dadaşovun rəhbərliyi ilə peşəkar mütəxəssislərdən ibarət yaradıcı qrup formalaşdırılıb. Bu qrup televiziyanın efirində yayımlanan verilişlərin məzmun və keyfiyyətini nəzərdən keçirir.

Milli.Az xəbər verir ki, keçirilən ilk iclasda "Hər şey daxil" verilişinin yayımının dayandırılmasına qərar verilib, aparıcı Tarix Əliyev və verilişin komandasına isə yeni telelayihənin hazırlanması tapşırılıb.

Qeyd edək ki, yaradıcı heyət televiziyanın proqram siyahısına daxil olan bütün layihələrin monitorinqini aparmaqda və keyfiyyət analizini həyata keçirməkdədir. Monitorinqlərin nəticəsindən asılı olaraq, digər verilişlərdə də məzmun dəyişikliklərinin ediləcəyi istisna olunmur.

Media orqanı olaraq bəyan edirik ki, növbəti televiziya mövsümündən, yəni cari ilin payızdan etibarən "Xəzər TV" daha məzmunlu, dolğun, əhatəli və xalqımızın milli mənəvi dəyərlərinə uyğun yeni telelayihələrlə tamaşaçıların görüşünə gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.