ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Xatirə İslam olub.
Milli.Az bildirir ki, müğənni gözəl görünməsi üçün 1 manat belə pul vermədiyini etiraf edib:
"Özüm özümü gözəllişdirmək istəsəm saç və makyajım üçün cəmi 15 dəqiqə bəsdir. Ona görə çox xoşbəxtəm. Makiyaja, saça ödəniş etmirəm. Simam dəymir ona? Salonlar məni makiyaj etmək üçün pul verir. Tanımadığım salonlarda bəzənmirəm, yalnız və yalnız ödənişli, başqa söhbət ola bilməz".
Xatirə İslam qız anası olmaq arzusundan söhbət açıb:
"Yaxın aylarda İnşallah ki, fikrimizdə elə bir şey var. Hələ ki yoxdur. Bu, elə xəbərdir ki, onu gizlətmək olmaz".
Milli.Az