Şou-biznes

Britaniyalı bukmekerlər: “Eurovision-2010” -un qalibi Azərbaycan olacaq

18 Aprel 2010 23:52
Baxış: 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onların proqnozlarına görə, builki müsabiqədə qələbə 17 yaşlı Səfurə Əlizadənin təmsil etdiyi Azərbaycana nəsib olacaq. Səfurənin ifa etdiyi romantik "Drip Drop" hitinin lentə alınması və hazırlanması ilə "Qremmi" mükafatı laureatı Niklas Fliktin rəhbərlik etdiyi prodüserlər komandası məşğul olub.

Səfurə Əlizadə mayın 27-də keçiriləcək yarımfinalda yeddi nömrə altında çıxış edəcək.

Britaniyalıların fikrincə, Rusiya, Ukrayna və Belarus təmsilçilərinin qətiyyən qalib gəlmək şansları yoxdur. Avropalı dinləyicilərə heç də yaxşı təsir bağışlamayan rusiyalı Pyotr Naliç hazırda 25-ci yerdə qərar tutmuşdur. Ukrayna müğənnisi Alyoşa 19-cu, Belarusu təmsil edən " 3+2" qrupu isə 14-cü yerdədir.

Liderlər üçlüyünə Azərbaycan, İsrail və Norveç daxildirlər.

Qeyd edək ki, Britaniya bukmekerləri əvvəlki illərdə yekdilliklə Dima Bilanın və Aleksandr Rıbakın qalib gələcəyini bildirmişdilər. Nəticələr onların haqlı olduğunu sübut edib.

/AzərTAc/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.