Şou-biznes

Azərbaycanlı müğənni ABŞ-ın məşhur şirkətində çalışır - FOTO

24 Fevral 2020 16:53
5 Şərh     Baxış: 4 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət öncə ABŞ-a köçən keçmiş "Dəyirman" qrupunun üzvü, reper Elmir Məhərrəmov böyük şirkətlərin birində işə düzəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "Mass Appeal" adlı məşhur media şirkətində çalışır. Dünyada bir çox dərgilər, veb saytlar, film, televiziyalarla əməkdaşlıq edən şirkətə Elmir ötən ilin noyabrında düzəlib.

"Üç aydır ki, burada çalışıram. Artıq 1 vəzifə dəyişmişəm və dünən şirkətin ən yaxşı işçisi sertifikatı ilə təltif olunmuşam. Bu, özümə tərif deyil. Məni Nyu-Yorkda heç kim tanımır və burda "dayday"ım yoxdur", - reper açıqlamasında bildirib.

Qeyd edək ki, müğənni 2018-ci ildə "Greencard" qazanaraq Amerikaya köçüb. Onun iki övladı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.