Şou-biznes

"Bizə otellərdə gəzən qadın müğənni lazım deyil" - Efirdə SƏRT AÇIQLAMA - FOTO

20 Fevral 2020 13:25
9 Şərh     Baxış: 7 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün yeni çıxanlar var ki, özlərini şou-biznesin "lokomotiv"i sayırlar. Onlarla razısanmı?

Milli.Az xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) "Hər şey daxil"də qonağı olan Ceyhun Qalaya müraciət edib.

Ceyhunun cavabı gözləniləndən də sərt alınıb:

"Mən indi bir söz deyəcəm, heç kimin xətrinə dəyməsin. Ümumiyyətlə, müğənnilərin yaxşılarını çıxmaq şərti ilə, bizim səhnəmizə otel qapılarında, otellərdə gəzən müğənnilər lazım deyil. Söhbət birinci xanımlardan başlayır, sonra kişilərdən. Bizə normal, sivil ailədən çıxmış bir müğənni olsun və o, Azərbaycanın efirlərində, hər bir yerdə olsun. Bura Amerika deyil, bura xaric deyil - "Orada elə oldu, burada belə oldu". Biz Azərbaycanda yaşayırıq. Bu gün müğənni adını çox ifaçılar, müğənnilikdən xəbəri olmayanlar öz üzərinə götürüblər. Biz bilirik ki, bu, müğənni deyil. Sadəcə olaraq, o, öz adının üzərinə "müğənni" qoyur ki, yəni ki, mən müğənniyəm. Bizə o müğənnilər lazım deyil. Biz yaradıcı insanlarıq və biz hər şeydən təsirlənirik. Biz niyə efirə çıxmaq istəmirik? - Bizə təsir edir, xoşumuza gəlmir".

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.