Şou-biznes

“Bir kəlməyə görə qadının başını kəsərəm, nəinki döymək... "

19 Fevral 2020 18:09
22 Şərh     Baxış: 3 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Manaf Ağayev yenidən müzakirələrə səbəb olacaq açıqlama verib. Belə ki, ifaçı ATV kanalında yayımlanan "Ən yaxşısı" proqramında qonaq olarkən aparıcı Mətanət Əliverdiyevanın "Qadın Manafı hansı həddə çatdırmalıdır ki, ona əl qaldırsın?" sualını cavablandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, M.Ağayev tənqidlərə məruz qalacaq fikirlər söyləyərək hətta xanımına şiddət göstərdiyini etiraf edib: "Bir kəlməyə görə qadının başını kəsərəm, nəinki döymək... Ailəm məni yaxşı tanıyır. Bilirlər ki, hansı sözü işlətsələr, nələr ola bilər. Yeni ailə quranda bir dəfə həyat yoldaşıma əl qaldırmışam. Vurduğuma görə üzr istəmədim. Üzr istəmək mənə görə deyil. Bir-birimizi yaxşı tanıyırıq. Başqa ailələrlə bizi müqayisə etmək lazım deyil. İçəri girəndə üz cizgilərindən əhvalımı bilir. Anlaşılmazlıq olsa, 35 il bir yerdə qalmaq olmazdı".

M. Əliverdiyeva da M. Ağayevə dəstək olaraq kişilərdən qorxmaq lazım olduğunu söyləyib: "Həmişə demişəm. Kişidən qorxmaq, çəkinmək lazımdır. Kişinin başında mən boşqab sındıracağamsa, bundan ailə olmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.