Şou-biznes

"Az qalsın məni boşatdırsınlar"

10 Fevral 2020 10:16
19 Şərh     Baxış: 18 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məndən tələb edirlər ki, hər zaman qlamur olum. Tənqid edirlər ki, müğənnisən, belə geyin, elə geyin. Amma izah edə bilmirəm ki, məktəbə uşaq aparanda qlamur geyinə bilmərəm axı.

Milli.Az axşam.az-a istinadən bildirir ki,bu sözləri müğənni Elnarə Xəlilova "Tərz+" verilişində deyib. Hər zaman geyimlərinə görə sosial şəbəkədə tənqid edilən ifaçı onlara cavab verib. Sənətçi hər zaman az makiyaj etməsinin səbəbini açıqlayıb:

"Az makiyaj edəndə yaşımı göstərmirəm. Amma çox edəndə, görünür ki, 40 yaşım var. Yaşımla bağlı kompleksim yoxdur.

Zövqlər müxtəlifdir. Kiminsə zövqünü ələ salmaqdan, lağ etməkdən qorxuram. Ona görə də heç kimin tərzinə irad bildirirəm. Şou-biznesdə Elza Seyidcahanın zövqünü bəyənirəm.

Brendə verilən pullara israf kimi baxıram. Bir şey ki, iki dəfə yuyulandan sonra əyiləcək. Niyə ona 3-5 min pul verim?".

Elnarə övladlarının, həyat yoldaşının qısqanclığından bəhs edib:

"Hərdən benzin dolduranda kimsə tanıyır, iki kəlmə söhbət edir. Uşaqlar əsəbiləşir, məni qısqanırlar. Sifətləri dönür ki, niyə sənlə salamlaşdı? Çəkdirdiyim kliplərə də qısqanırlar. Barışla olan klipdə qısqandılar. Az qalsın məni boşatdırsınlar. Heç ərim bu qədər qısqanmır. Qızım qayınanamdır, böyük oğlum isə elə bil Rövşəndir (həyat yoldaşı Rövşən Cahangirov)".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.