Şou-biznes

Əməkdar artistlər Aynişanın toyundan küsüb gediblər

5 Fevral 2020 19:24
38 Şərh     Baxış: 16 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artistlər Aybəniz Haşımova ilə Firuzə İbadova arasında inciklik yaşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl qızı Aynişan Quliyevaya toy edən Haşımova həmkarının xətrinə dəyib. Nəticədə, İbadova toyu yarımçıq tərk edib. Belə ki, müğənni toya gecikdiyi üşün A.Haşımova ondan incidiyini vurğulayıb. Bu isə F.İbadovanın xoşuna gəlməyib və həmkarının iradını qəbul etməyib.

Bəzi sənət dostlarının təkidi ilə şəkil çəkdirən müğənni toyda yalnız bir neçə dəqiqə oturub. İbadovanı şadlıq evinin dəhlizində gözləyən duet ortağı Cavanşir Məmmədov da toya qatılmayıb.

Onların toya gecikmə səbəbi isə başqa bir məclisdə iştirak etmələri olub.

Qeyd edək ki, Aynişan Kənan adlı fitnes müəllimi ilə ailə qurub. Cütlüyün oğlan toyu fevralın 8-də Ağcəbədidə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.