Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə özü barədə yazdığı sözlərlə gündəmə gəlib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, o, fotosunu paylaşaraq şərh bölməsində özünü ruhlandırıb:
"Gül! Gülmək sənə yaraşır, kədəri qov. Zərif çiyinlərin həyatın yükünü daşımağa öyrəşib. Güclü ol! Haqsız yazılan sözlərə görə ruhdan düşmə. Sən varsan! Var olan qüvvə bəzi ruhu zəifləri incidir. Səni Allah qoruyur! Sevinc səninlə və səni sevənlərlə olsun! Amin!"
Milli.Az