“20 ildə təkcə əxlaqım dəyişməyib”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyaya Tünzalə Ağayevanı təhlil etmək üçün baxıram. Özümü hələ öyrənirəm. Ömrümün axırına kimi hikməti axtaracam. Arzum kamil insan olmaqdır. Heç kim qismətindən bir tikə artıq yemir. 43 yaşım var, bəlli bir harmoniyada varam, təzadlarım da az deyil. Özümə nələrisə sübut etməyi xoşlayıram. Dünənki Tünzalə ilə bugünkü Tünzalə arasında fərq yoxdursa, deməli, günümü boşa yaşamışam. Yaşa dolub daha enerjili olmaq istəyirəm.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva AzTV-də yayımlanan "Ağ-Qara" proqramında qonaq olarkən deyib. Məşhur müğənni hər gün özünü kəşf etdiyini, təkcə əxlaqının dəyişmədiyini söyləyib:
"Səhnə fəaliyyətimin 20 illiyini qeyd edəcəm. 20 ildə 22 min dəfə dəyişmişəm. Təkcə mənəviyyatım, əxlaqım, gözütoxluğum dəyişməyib. Daxilimdə nə çəkdiyimi bir Allah, bir də mən... Yüngül tərəflərini ətrafımdakılarla bölüşürəm. Heç vaxt depressiyaya düşməmişəm. Psixoloji təzyiqlər olub və stress keçirmişəm. Ancaq işimdəki işıq məni tərk etməyib. Ümidlərimin azaldığı bir məqamda ortaya çıxıb".
Xalq artisti qeyd edib ki, onu sevgi ayaqda saxlayır: "Məni sevgi ayaqda saxlayır. Bir qadın ağac kimidir, onu sevgi ilə qidalandırmaq lazımdır. Güc sevgidən gəlir, qaynağı pul-şöhrət deyil. Xarakterin güclü olsa, səni tənhalıqdan xilas edə bilər. Amma güclü qadını güclü edən sevgidir. Məhəbbət yolları məni çox yormayıb. Sevgi yolu çətindir, amma ən çətin səfər insanın özünə etdiyi səfərdir, kənara etdiyi yox. Finalsız bir səfərdir. Həyat kəşf etməklə maraqlıdır. Hər gün yeni Tünzalələr tanıyıram. Hirsli, emosional, səbrsiz, tələsgən Tünzalə qorxduğum Tünzalədir. O qədər xətalar etmişəm ki...".
Bundan əlavə, sənətçi təmənnasız sevgidən də söz açıb: "Bir insanda eşqi tapmışamsa, deməli, o anda eşqin ünvanını tapmışam. Bütün sevgilər insanı özünü tapmasına aparır. Mən bir şeydən ilhamlanıram, tək başına var ola bilmərəm. Mən də kiməsə qida olmaram. Bir-birimizi bəsləməliyik. O zaman ortaya bir münasibət çıxır. "Səni istəyirəm" sözü çox yanlışdır, çünki eqodan, nəfsdən gəlir! Bu, sevgi deyil. Amma "sevirəm" sözü isə təmənnasız deyilir. Ən gözəl sevgilər təmənnasız olandır. İki yar qovuşa bilirsə, xoşbəxtlikdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xumar Qədimovanın səmimi görüntüləri diqqət çəkdi - (Video)
-
Sevil-Sevinc bacıları ittihamlara belə cavab verdilər: "7000 AZN xərclənib" - (Foto)
-
“Akasya durağı”nın ulduzları illər sonra - (Video)
-
“Miss Avstriya” və “Miss Vyana" 22 yaşında öldü
-
“Simge” tanınmaz halda - (Foto)
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
XƏBƏR LENTİ
-
Xumar Qədimovanın səmimi görüntüləri diqqət çəkdi - (Video)
-
Azərbaycan vasitəsilə Ermənistana arpa və buğda göndərilib - (Yenilənib)
-
Rusiyada miqrantlarla bağlı mühüm yenilik
-
Paşinyan Makronla görüşüb
-
Yamal Mbappenin rekordunu təzələdi
-
Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır
-
Sevil-Sevinc bacıları ittihamlara belə cavab verdilər: "7000 AZN xərclənib" - (Foto)
-
Bakının bu ərazilərində ev alanlar daha çox qazanacaq
-
Xəzərdə zəlzələ oldu
-
UEFA Çempionlar Liqası: Günün matçları
-
Onlayn satışla bağlı yeni qayda: Dövlət Vergi Xidməti açıqladı
-
Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı
-
Ceymi Karrager: “Arda Güler "Real"-dan ayrılmağı düşünməlidir"
-
Sentyabrda bəxti gətirəcək 3 bürc - Pul, sevgi və uğur qapıda
-
“Fenerbahçe” və “Beşiktaş”ın keçmiş ulduzunun oğlu evləndi - (Foto)
-
Trampdan İrana sərt xəbərdarlıq: “Çox ağır zərbə endirməli olacağıq”
-
"Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)
-
Sentyabrın 11-də Milli Məclisdə iki komitə iclası keçiriləcək
-
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - (Yenilənib)
-
“Akasya durağı”nın ulduzları illər sonra - (Video)
-
Bakıda və 3 rayonda işıqlar sönəcək
-
"Şəki yaylası"nda iki nəfərin ölümünə görə cinayət işi başlandı
-
“Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq
-
Azərbaycan nefti 113 dolları keçdi





