Şou-biznes

Röya daha bir rekorda imza atdı - FOTO

18 Yanvar 2020 10:26
6 Şərh     Baxış: 3 484
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Röya Ayxanın "Instagram" hesabındakı izləyici sayı iki milyon olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, izləyici sayının iki milyona çatmasını ilk olaraq Röyaya oğlu Hüseyn çatdırıb. O, anasının "Whatsapp"ına "Ana? "Instagram"da izləyicilərinin sayı iki milyon olub" yazaraq, onu məlumatlandırıb.

Röya isə oğlu Hüseyn ilə bu yazışmasını "Instagram" hesabının "hekayə" bölümündə paylaşaraq "Oğlum hamıdan çox sevinib deyəsən. Mənim həyatım" sözlərini qeyd edib. Beləcə, Röya Ayxan Azərbaycanda sosial media hesabında ilk iki milyon izləyicisi olan məşhur olub. Xalq artisti bununla daha bir rekorda imza atmış olub.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.