Şou-biznes

"Elina üçün susmadıq, nə oldu?" - Murad Arif

9 Yanvar 2020 17:32
16 Şərh     Baxış: 3 937
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni-bəstəkar Murad Arif yandırılmış halda meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva ilə bağlı paylaşımlara əsəbi reaksiya verib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "#susma" heşteqi ilə bu cür paylaşımlar edilməsinin mənasız olduğunu vurğulayıb: 

"Siz Allah #susma -dıqca nə olur? Bir bilsəm... Adamın içi onsuz da bir yandan sızıldıyır. Digər tərəfdən də hər şeyi ənənəyə, trendə çevirməyiniz adamı bir cür qıcıqlandırır.

Bilmirəm, bəlkə də bu hadisələrə əsəblərim tamam pozulub. Elina üçün susmadıq, nə oldu? Yəni, çarədirmi?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.