Şou-biznes

Qızına təmtəraqlı nişan edən Nüşabə kürəkəni barədə HƏQİQƏTİ AÇDI - FOTO

9 Yanvar 2020 12:47
6 Şərh     Baxış: 39 925
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan yox idi, xaricə verdin qızı?

Milli.Az xəbər verir ki, bu sualla Zaur Kamal bu yaxınlarda qızını nişanlayan əməkdar artist Nüşabə Ələsgərliyə müraciət edib.

Xanım sənətçi ilk dəfə kürəkəni ilə bağlı danışıb:

"Oğlum, qızım kimi istəsəydi, sevsəydi, mən ona etiraz etməyəcəkdim. Bunlar da Belçikada yaşayan türklərdir. Belçikada bizim ailəvi dostlarımız var, biz ailəvi onlara qonaq gedəndə oğlan görmüşdü. Dəfələrlə gəldi, amma baxma da qərib ölkədir, nə qədər olsa da adam arxayın olmalıdır".

Əməkdar artist "başlıq parası" da almadıqlarını sözlərinə əlavə edib.

Qeyd edək ki, ifaçının qızı Nigar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində çalışır. Onun ailə quracağı Gino isə aşpazdır. Yerli saytlarda Ginonun italiyalı olduğu qeyd edilmişdi.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.