Şou-biznes

Azərbaycanlı məşhurun SƏHHƏTİNDƏ PROBLEM YARANDI - Əməliyyat ediləcək - FOTO

29 Dekabr 2019 13:34
5 Şərh     Baxış: 13 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mətanət Əsədova "Zaurla Günaydın"da çoxdandır efirlərdən uzaq düşməyinin əsl səbəbini açıqlayıb.

Milli.Az xəbər verir ki, sənətçi səs tellərində problem yarandığını bildirib.

Mətanət yaxın günlərdə bununla bağlı əməliyyat olunacağını deyib:

"Mən neçə vaxtdır efirlərdə yoxam. Elə bildim ki, ölümün pəncəsindən qayıtdım. Bir veriliş var idi, soyuqdan mən orada bronxlarımdan möhkəm zədə aldım, nə günə qaldım. Ondan sonra mən yaman yatdım. Həkim dedi ki, sən bir də bu bronxlarından soyuqlayıb mənim üstümə gəlmə. Mən bu dəfə çox pis yatdım. İndi mən əməliyyat olmalıyam. Səsimlə bağlı böyük bir proses var. O da çox ağır bir işdir". 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.