Müğənni Ramal İsrafilov "Zaurla Günaydın"da xalq artisti Mələkxanım Əyyubovanın ona qadağa qoyduğu bir məsələdən danışıb.
Milli.Az xəbər verir ki, gənc sənətçi verilişdə doğma bibisi olan Mələkxanımın ona efirdə etdiyi müraciət qaydasına narazılığını bildirdiyini deyib:
"Deyir ki, "Efirdə bibi, xala olmaz". Bibi söhbəti qurtardı daha".
Qeyd edək ki, Ramal xalq artistinin böyük qardaşının oğludur.
Məhəmməd Vaqif
Milli.Az