Şou-biznes

“Elə adamlar var ki, məndən ötrü özünü lezva ilə doğrayır” - VİDEO

26 Dekabr 2019 13:01
31 Şərh     Baxış: 4 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Show News" verilişinin növbəti qonağı müğənni Manaf Ağayev olub.

Milli.Az bildirir ki, Manaf Ağayev özündən ağız dolusu danışıb:

"Deyirlər ki, ad almısan? Deyirəm yox. Toylar kralı təqdimatını da yığışdırmışam. Nə ehtiyac var ki...  Manaf Ağayev bəsdir də, brenddir. Məgər, Manaf Ağayev alçaqlıq gətirir ki... Daldan verilən adlar vacib deyil. Çünki mən adımla, soyadımla fəxr edirəm. Dədəmin oğluyam. Bir qüsurum yoxdur ki, təqdim edəndə xəcalət çəkim. Hamının gözünün içinə dik baxaram.

Sənəti olmayıb sənətdən danışmaq bədbəxtçilikdir. O, yazıq adamdır. Mən yaxşı oxuyanam, amma bunu demirəm. Deyirəm ki, sadə, yaxşı insanam. Ona görə məni çox sevirlər. Mikrofonu ələ alanda insana qiymət verirlər. Elə adamlar var ki, məndən ötrü özünü lezva ilə doğrayır. Eləsi də var ki, onu heç vaxt toyuma gətirmərəm deyir. Xalqın yarısı məni sevirsə, xoşbəxtəm. Adam var ki, heç onu yüz min adam sevmir. Mənim zonam məndən ötəri ölür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.