Şou-biznes

“Bəs şərəfimi necə qoruyum?" - Flora Kərimova Afət Fərmanqızını məhkəməyə verir - VİDEO

25 Dekabr 2019 13:50
12 Şərh     Baxış: 2 490
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şərəfimi necə qoruyum?

Milli.Az bildirir ki, ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı xalq artisti Flora Kərimova olub.

Xalq artisti Afət Fərmanqızını məhkəməyə verəcəyini deyib:

"Afəti məhkəməyə verməyə hazırlaşıram. Ülviyyə Alovlunu da məhkəməyə vermişəm, o lap əndazədir. Bunlar niyə belə edirlər, mən başa düşmürəm! Ağızlarını Allah yoluna qoyublar. Bəs şərəfimi necə qoruyum? Afət mənə deyib ki, qapmağı var, gücü yoxdur. O səviyyədə deyil, sənət o səviyyədə deyil. Mənim dövrümdə böyüyün üzünə ağ olmaq yox idi. Şövkət xanım, Sara xanım, Rübabə xanım cavanları elə qoruyurdular ki... O dövürdə bircə qadın üzə durub cığallıq edirdi. Artıq o dünyadadır. Ona "Allah rəhmət etsin" də deməzdim. Söhbət İlhamə Quliyevadan gedir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.