Şou-biznes

"Afətin əlindən boğaza yığıldım" - Flora Kərimova

23 Dekabr 2019 19:04
18 Şərh     Baxış: 9 246
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Flora Kərimova Afət Fərmanqızını məhkəməyə verir.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə ARB TV-nin "Hüseynova bacıları" verilişində deyib:

"İnsanda üz olmalıdır. Hər bir xanım özünə hörmət etməlidir. Qəşəng xanım olsa da, dilini bir az şirin etməlidir. Onun tərəfindən yaşıma uyğun olmayan sözlər eşidirəm. Hərəkətləri də yaxşı deyil. Ona hər bir xanımın hər hansı bir nəsli, ölkəni və qadınları təmsil etdiyini dedim. Amma heç nə onun vecinə deyil. Ona yaxşı söz dedim, o isə məni söydü. Məhkməyə verməyimin əsas səbəblərindən biri mənim ona cavab verməyə qüvvətim və sözümün çata bilməməsi ilə bağlı dediyi sözlər oldu. Afət ancaq danışır. Boğaza yığıldım",

Aparıcının "Bayram günündə Afət gəlib sizdən üzr istəsə, barışarsınız?" sualına Kərimova belə cavab verib:

"Bir çoxları kimi küsüb, incidikdən sonra barışan deyiləm. Təbiətim buna uyğun deyil. Bundan sonra insan təbiətini heç nə dəyişməz".

Qeyd edək ki, ikili arasındakı qalmaqala F.Kərimovanın ATV kanalında yayımlanan "Zaurla Günaydın" verilişində qonaq olarkən dediyi "Nəsimini bərbad hala salan Afət" ifadəsi olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.