Şou-biznes

“Qrup Röyaya yox, Xuramana görə dağılıb”

23 Dekabr 2019 13:29
9 Şərh     Baxış: 2 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Natavan Həbibi Xalq artisti Röya Ayxanın "W-trio"nu mən dağıtdım" açıqlamasına münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Natavan "Evdəkilərə salam" proqramında mövzuya toxunaraq əslində qrupun müğənni Xuraman Şuşalıya görə ləğv olunduğunu açıqlayıb:

"Bir neçə gündür ki, "W- Trio"nu kimin dağıtması barədə söhbət gedir. Röya deyib ki, mən dağıtmışam. Yadıma düşdü ki, Röya çoxdan qrupdan çıxmışdı və "W- Trio" hələ də fəaliyyət göstərirdi. O vaxtlar Xuraman (Xuraman Şuşalı) Faiq Ağayevlə gizli toya getmişdi. Bundan sonra qrup dağılmağa başladı. Sən demə, Xuraman Vaqif Gərayzadədən xəbərsiz toyda çıxış edirmiş. Məşqə gəlmirdi, pul qazanmağa gedirdi".

Qeyd edək ki, qızlardan ibarət pop qrupu 1999-2006-cı illərdə fəaliyyət göstərib. Qrupun yaradıcısı məşhur prodüser Vaqif Gərayzadə olub.

Qrupun ilk solistləri Xalq artisti Röya Ayxan, Elnarə Xəlilova və Natavan Həbibi olub. Röya və Elnarənin qrupu tərk etməsindən sonra "W-trio"ya Səidə Sultan və Xuraman Şuşalı daxil olub.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.