Şou-biznes

"Bu gün bir saata yox olacaqsınız, heç kimsiniz çünki" - SƏRT AÇIQLAMA - FOTO

23 Dekabr 2019 11:59
2 Şərh     Baxış: 5 543
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şəbnəm Tovuzlu "Hər şey daxil"də İnstaqram müğənnisi olmadığını bildirib.

Milli.Az xəbər verir ki, xanım ifaçı sosial şəbəkə vasitəsi ilə tanınmağa çalışan həmkarlarına sərt ismarıcı ilə diqqət çəkib:

"Mən sənətdə olanda sosial şəbəkə yox idi. Yavaş-yavaş özümü Şəbnəm olaraq tanıtdım. Bu gün İnstaqram - sosial şəbəkə olmasa belə mən yenə o sevilən ifaçıyam. İnstaqram səhifəsi bu gün yoxa çıxsın, bəzi o "prakat" geyimlər götürür, burasını düzəldir, orasını düzəldir, geyinir toya, səhər də aparır verir. Simiclikdən pul verib almırlar axı. Məndə ömrü boyu o xasiyyət yoxdur ki, gedəm götürəm, geyinəm qaytaram. Bu məndə olmayıb heç vaxt. Pulumu verib almışam. Amma özlərini İnstaqram üçün böyük biriləri sayırlar - "Biz beləyik, efir bizə lazım deyil". İnstaqram bu gün yoxa çıxsın, bu gün bir saata yox olacaqsınız. Heç kimsiniz çünki. Gör heç o şəxslər televiziyalara dəvət olunurlar?! Pulu olmasa heç kimdir". 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.