Şou-biznes

Həyat yoldaşının "40"ı yeni çıxan XALQ ARTİSTİ: Ömrümün sonuna qədər o, mənlə yaşayacaq - FOTO

2 Dekabr 2019 12:25
9 Şərh     Baxış: 16 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təxminən 42 gün əvvəl həyat yoldaşı dünyasını dəyişən Xalq artisti Teymur Mustafayev (Teymur əmi) "Şou ATV"nin qonağı olub.

Milli.Az xəbər verir ki, xalq artisti mərhum həyat yoldaşının ölümü ilə bağlı danışarkən etdiyi açıqlama il hər kəsi qəhərləndirib.

Teymur əmi həyat yoldaşını itirdikdən sonra efirlərə çıxmağına, toylara getməyinə görə ona irad tutanlara da cavab verib:

"Mən ailəmi bu sənətimlə saxlamışam. Sənət məni yaşadıb, sənət gərək sənətkarı yaşatsın. Qızlarımı köçürmüşəm, oğlanlarımı evləndirmişəm, nəvələrimə toy eləmişəm, eləyirəm, eləyəcəm də inşəAllah. Və mənim həyat yoldaşım - həkim Təbərrik xanım cismən ölüb, ruhən ölməyib. Onun ruhu əminin qəlbindədir. Ömrümün sonuna qədər o mənlə yaşacaq". 

Qeyd edək ki, Xalq artistinin həkim həyat yoldaşı Təbərrik Mustafayeva Cəlilabad rayon Alar kəndindəki qəbiristanlıqda dəfn edilib.

Məhəmməd Vaqif
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.