Şou-biznes

Ağamirzə meyxanaçılardan gileyləndi

7 Noyabr 2019 19:54
1 Şərh     Baxış: 1 606

Meyxanaçı Ağamirzə həmkarlarından gileylənib.

Milli.Az xəbər verir ki, sənətçi "Ölkə.az"ın əməkdaşı ilə söhbətində bildirib ki, son zamanlar meyxana qafiyə üzərində qurulmur.

"Mənim bəzi meyxana deyənlərdən şikayətim var. Səhv edənlərdən birincisi elə mən özüməm. Bir var günahı başqasında görəsən, elə deyil, mən səhvi birinci özümdə görürəm. Başqalarına və gənc nəsilə də nəsihət verirəm. Qafiyəyə düşməyən sözləri deyirik. Məsələn, ay can alan candı məhəlləmizdə, bu işdə ortamdı məhəlləmizdə. Bu sözlər qafiyəyə düşmür. 

Mən nəinki cavan meyxana deyənlərdən, ümumilikdə bütün meyxana deyənlərdən xahiş edirəm ki, bu qaydalara riayət edək. Meyxananı qafiyə üstündə deyək. Özüm də başda olmaq şərtilə, bu qaydalara düzgün əməl edək. Əslində, bu,səhvdə sayılmır. Necə deyim, elə bil bir növ yola vermək, başdan eləmək kimidir. Yenə də deyirəm ki, bu işin başçısı mən özüməm. Onlar bir dəfə ediblərsə, mən iyirmi dəfə etmişəm. Yəni təklif edirəm ki, bunları yığışdıraq qoyaq bir  qırağa, bundan sonra belə səhvlərə yol verməyək". 

İfaçı meyxanaçıları səhvlərini bir daha təkrarlamağa da çağırıb:

"Məsələn, birinə etiraz edirsən ki, bu sözlər qafiyəyə uyğun deyil, belə demək olmaz. Deyir, axı, siz özünüz etmisiniz. Bəli, haqlıdırlar, etmişik. Bu gündən çalışaq,belə etməyək, meyxananı çirkinləşdirməyək. Bütün qaydalara doğru əməl edək. Gəlin, təmiz meyxana deyək. Öz səhvlərimizin üzərində işləyək, onları dəf edək".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Elxan · 7 Noyabr 20:4220

    Ay sağ oooooll.1 ildi gecə-gündüz fikirləşməkdən beynim xarab olub.Belə bir qlobal,dünya əhəmiyyətli məsələyə sən nə yaxşı aydınlıq gətirdin!?"Bu işdə ortamdı məhəlləmizdə"!!!!!!Nə böyük məna,nə böyük kəlam!!!Amma çox heyif ki,qafiyəyə düşmür.Ə bəs nətəri olacaq bu işin axırı!?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.