Tünzalə Ağayeva: "Ad günümdə belə bir hədiyyə almağım qürurvericidir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çox sevincli və qürurluyam. Doğum günümdə belə bir hədiyyə almağım qürurvericidir.
Milli.Az bildirir ki, Bunu Oxu.az-a Xalq artisti adına layiq görülən müğənni Tünzalə Ağayeva deyib.
"Bu gün sevincimin həddi-hüdudu yoxdur. Çünki 43 yaşımda prezidentim və dövlətimdən mənim üçün çox böyük əhəmiyyət daşıyan, mənə şərəf verən, qürurlandıran hədiyyə aldım. Xalq artisti adı həm sevinclidir, həm də böyük məsuliyyətdir. Hər zaman mədəniyyətimizə faydalı olan sənət insanı olmağa çalışmışam. Sadəcə, öz maraqlarımı deyil, mədəniyyətimizi, milli-mənəvi maraqlarımızı, sənətdə deyə biləcəyim, yaşada biləcəyim hər şeyi qorumağa və təbliğ etməyə çalışmışam. Bu əqidəm də hər zaman belə qalacaq. Vətənimi və dövlətimi çox sevirəm. Prezidentimizin növbəti etimadını doğruldacağam.
2006-ci ildə Əməkdar artist adı aldığım günü yaşadığım sevinci xatırlayıram. Bu gün də eyni duyğuları yaşayıram. Prezident İlham Əliyevə minnətdaram. Allah həmişə dövlət başçımızı dövlətimizin başında və həyatımızda var eləsin. Bütün zəhmətləri min qat bərəkətlə özünü göstərsin", - deyə Tünzalə Ağayeva bildirib.
Tünzalə Ağayeva həmkarlarını da təbrik edib:
"Dəyərli həmkarlarımı da təbrik edirəm. Əzizim Röya və Miri Yusif də milyonlarla sevəni olan sənətçilərimizdir. Onlara uğurlar arzu edirəm. Hər zaman xoş xəbərlərini eşidək. Mədəniyyətimizdə keyfiyyətli, gözəl sənət insanlarının sayının çox olması bizim baş ucalığımızdır. Bir daha prezident İlham Əliyevə, valideynlərimə, qızıma, məni sevənlərə və dostlarıma, məni həyatda yaxşı layihələrə sövq edən hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, Prezident estrada ifaçılarına "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə Ağayeva Tünzalə Qabil qızı, Mirbabayev Mir Yusif Mir Heydər oğlu və Nəcəfova Röyalə Yaqub qızı "Xalq artisti" adına layiq görülüblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
XƏBƏR LENTİ
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır





