Şou-biznes

Elnarə Abdullayevadan qalmaqallı sözlər: "Gəlin qayınananın sözünü “yeyə” bilmirsə, çıxıb getsin" - VİDEO

20 Oktyabr 2019 15:40
57 Şərh     Baxış: 4 147

Əməkdar artist Elnarə Abdullayeva ATV-də yayımlanan "Gündən-günə" proqramında işlətdiyi ifadələr izləyicilərin qınağına səbəb olub.  

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, sözügedən proqramda qonaq olan xanəndə cəmiyyətin həssas mövzularından birinə - gəlin, qayınana və qayınata məsələsinə toxunub.  

Onun səsləndirdiyi iradlar yanında əyləşən digər qonaq, Xalq artisti Elmira İsmayılovanı hiddətləndirib. 

"Əgər görürsən ki, sən qayınananın sözünü "yeyə" bilmirsən, qayınatanın sözünü həzm edə bilmirsən, övladım, götür, yığ şələ-küləni, çıx, get evdən", - deyə Elnarə bildirib.  

Əməkdar artistin bu çıxışı Xalq artistinin xoşuna gəlməyib.  

E.İsmayılova üzünü E.Abdullayevaya tutaraq etirazını bildirib:  

"Gəlin çıxıb hara getməlidir? O, axı ailə həyatı qurub, bu evə gəlin gəlib. Mən sənin bu fikirlərinlə razılaşmıram. Əgər bir qız bir ailəyə gəlin gəlibsə, evdəkilər ona nə desələr, başından vursalar da belə o susmalıdır? Bu, əsla belə olmamalıdır. Niyə susmalıdır?"  

Elnarə isə Xalq artistinin iradına eyni fikirləri səsləndirməkdə davam edib: 

"Qayınananın sözünü "yeyə" bilmirsənsə, gəlməmisən ki, ocağı (həyat yoldaşının evini - red.) dağıtmağa? Övladım, "yeyə" bilmirsənsə sözlərini, o zaman dur, çıx, get. Əgər gəlin bir damın altında qayınana və qayınatı ilə yaşayırsa, orda sözsüz ki, qayınana və qayınatanın sözü keçməlidir".  

Qalmaqallı dialoq sosial şəbəkədə müzakirə predmetinə çevrilib.  

Qeyd edək ki, Əməkdar artist Elnarə Abdullayevanın qatıldığı bir çox verlişlərdə səsləndirdiyi fikilər izləyicilər tərəfindən birmənalı qarşılanmır. Bir müddət öncə "oğlumu şou əhlindən olan qızla evləndirmərəm" sözləri də qalmaqala səbəb olmuşdu.  

Şou nümayəndələrin əksəriyyəti Elnarə Abdullayevanın bu fikirlərinə etirazlarını bildirirək, incəsənət nümayəndəsinin bu cür ifadələrin yalnış olduğunu bildirmişdilər.

Milli.Az 

loading...

Şərh yaz:

57 Şərh:

  • Anonim
    Tənqidçi · 20 Oktyabr 15:492947

    Elnara xanım düz deyirsən...sənin bu sözlərin əxlaqlı və tərbiyəli gəlin üçündü...əxlaqı yerində olmayan insan nə ata anasına hörmət qoyar nədə qaynana və ya qaynatasına..həyat yoldaşıvı qəbul edib ailə qormusansa deməli onun valideyunlərinə hörmətlə yanaşmağa borclusan....

    Cavab yaz
    • Anonim
      Anonimka · 21 Oktyabr 14:4603

      Elnarə xanım düz deyir.Özüm də cavan gəlinəm , hər zaman hörmət edirəm yoldaşımın valideynlərinə, bacı və qardaşlarına.Hörmət elə hörmət gör valideynlərimin hər zamankı öyüdləri.Təəssüflər olsun ki, indi gəlinlərin çoxunu anası bu ruhda tərbiyə etmir, deyir nə bilirsən elə.Onda da oğula oğul deyirəm helə gəlini özünü göndərə atası evinə, amma amma ortalıqda uşaq varsa oğul da onu edə bilmir.Oğlu dünyaya gətirən və böyüdən valideynlər üçün hörmət qoymayan, böyük saymayan gəlinin olması ağır bir yükdür.

      Cavab yaz
  • Anonim
    qaim86 · 20 Oktyabr 15:502446

    Elnarə abdullayeva düz deyib

    Cavab yaz
  • Anonim
    Kişi sözü · 20 Oktyabr 16:093129

    Bu Elnarede özünü axır vaxtlar 1 zad sanır. Onun keçmişini men bilirem. Heç olmasa sussun otursun yerine. 1 öz keçmişine baxsın sonra danışsın.

    Cavab yaz
    • Anonim
      Murmansk · 20 Oktyabr 16:451336

      Elnare xanim duz deyir hamsin sen otur yerive

      Cavab yaz
    • Anonim
      jasminka · 20 Oktyabr 20:44915

      dislike edenler pis gelindirler

      Cavab yaz
  • Anonim
    kerek · 20 Oktyabr 16:191739

    Kiwi qeyretli Elnare xanum opurem seni sozunu kiwi kimi deyirsen kiminse xowuna gelmirse gelmesin

    Cavab yaz
  • Anonim
    men · 20 Oktyabr 16:202720

    o vaxtlar ne paltar yuyan masin var idi ne tozsouran ne pompers . qaynanalar da kaprizni idi . amma analarimiz cetin veziyyete dozub evde soz sohbet salmayiblar. indi gelinlerin ekseriyyetine ele bil xususi telim kecib gonderirler er evine. indi evde qaynana deyil gelin soz sahibidi. coxusu hec qaynanaynan qalmir. indi hec bir geline eziyyet verilmir mence.

    Cavab yaz
    • Anonim
      Anonimka · 21 Oktyabr 14:4910

      Uşaq oldu, pasportun alır əlinə tapşırılan təlimlərə uyğun hərəkət edir

      Cavab yaz
  • Anonim
    Ulya · 20 Oktyabr 16:395328

    Gəlin evə gəlibsə, bəzi qaynana, qaynatalar elə bilir ki, gəlin o evə kölə, hüquqsuz biri kimi gəlib. Düzdü, demirəm ki, hər sözə cavab qaytarmaq lazımdır. Amma ki, bəzən böyüklər gəncləri məcbur edir ki, onlara qarşı kobudluq edəsən... Dəstəkləmirəm, amma ki, bəzən böyüklər özləri gəncləri o həddə çatdırır.

    Cavab yaz
  • Anonim
    Men · 20 Oktyabr 17:126320

    Elnarenin qizinin qabagina cixsin ezazil qaynana, onda gorum ne deyecek.

    Cavab yaz
  • Anonim
    asi · 20 Oktyabr 17:155845

    Boş-boş danışma..Məgər gəlini evə söz yedirtmək üçün gətirirlər?? Başa düşmürəm gəlinə niyə söz yedirtməlidir ki, qaynana, qaynata??..Əxlaqı normal olsun gəlinin, qalan hər şey boş şeylərdi..Gəlin gəlir mənim oğlumla baş-başa verib yeni ailə yaratmağa, övlad anası olmağa, nəslimin davamçılarını dünyaya gətirib böyütməyə..Gəlməyib ki, paltar niyə yaxşı ütülənmədi, soğan niyə yandı, pol niyə vaxtında silinmədi dır-dırı ilə baş beynini xarab eləməyə..Oğlum üçün xoş olan bütün hallar mənə dünəndən xoşdur..Oğul gəlinin ütüsüz paltarını səssiz geyinərsə, mənim səsim niyə çıxmalıdı, ər onundur özü bilər..Oğul gəlinin dadsız yeməyini dadlı bilərsə, mənə nə necə bişirib..Oğul gəlinin ayda nə qədər xərclədiyinə dinməyəcəksə, mən niyə pis edim özümü, pul onundur arvadı nə qədər istəyər xərcləsin..Və sair, və ilaxir. .Elnarənin bu cür tripaş danışıqlarını heç xoşlamıram.

    Cavab yaz
    • Anonim
      men · 20 Oktyabr 18:06238

      indi qaynananin heddi nedir geline desin paltar niye yaxsi utulenmeyib soqan niye yandi. indi bezi gelinler qaynana yaninda asqiranda deyirler qesden asqirdinki viruslarin mene kecsin. sozden soz cixardirlar bezileri.

      Cavab yaz
      • Anonim
        asi · 20 Oktyabr 22:10156

        Pis və yaxşı hər yerdə var..Amma gəlini pis edənlər daha çoxdu..Gənc gəlinlərin xırda məişət səhvlərini böyüdüb az qala beynəlxalq tribunaya çıxardanlar da az deyil.

        Cavab yaz
  • Anonim
    Raul · 20 Oktyabr 17:391915

    Elnarə xanım hardasa, düz deyir. İndiki gəlinlərdən heç fələkdə baş açmır. Bir sözlə üz qaraları. Yaxşılardan uzaq.

    Cavab yaz
  • Anonim
    M · 20 Oktyabr 17:562213

    gelinin qaynana,qaynata yanında ne işi var axı? bir yerde olarlarsa konflikt qaçılmazdır.eger evladı üçün müsteqil heyatı temin ede bilecek bazası yoxdursa onu dünyaya getirmesin valideyin.sonra da mızıldamasın ki fılankes "günahkar"dı."günahkar" sensen sen valideyin.yaşından asılı olmayaraq insan qebire gedene qeder valideyin onun üçün cavabdehdir,mesuliyyet daşıyır.valideyin cengellikden çıxdığının ferqinde olmalıdır.yaşadığınız cemiyyeti de nezere alın,ne uşaqları korlamıyın,ne de dünyanı.mesuliyyetin olsun.

    Cavab yaz
    • Anonim
      Çoxbilmiş · 21 Oktyabr 09:5044

      "Əgər övladı üçün müstəqil həyatı təmin edəcək bazası yoxdursa onu dünyaya gətirməsin".Yəni yeni evlənənlərə ayrıca mənzil ala bilməyən valideynlər vabşe dünyaya övlad gətirməsinlər. Bu ,nəticə etibarilə soyqırıma gətirib çıxarmaz ki?

      Cavab yaz
      • Anonim
        M · 21 Oktyabr 12:0110

        hara getirib çıxarır çıxarsın.dünyanın heç kimin soyuna ehtiyacı yoxdu.senin soy qaydına qalmağa gücün yetmez,bu işle tebiet meşğul olur.sen evladlarının qaydına qal,onları peşman eleme.

        Cavab yaz
  • Anonim
    Samire · 20 Oktyabr 17:583925

    Elnarenin bu danishiqi, gerizekali, cahil kend qadinlarinin danishiqidi ele bil. Ele Elnare kimi qaynanalardi da oqulu geline qarshi yonelden, cavan aileleri daqidan.

    Cavab yaz
  • Anonim
    Anonim · 20 Oktyabr 17:583014

    Hamiya salam olsun men basa duse bilmirem gelin eve qulluqcu noker getirilmelidiki ? Gelinde bir ananin qizidi yaxsi qaynana geline qizi kimi baxmalidi qaynana qonaq gelsin atmaca atsin getisn yaziq fagir gelin cavab qaytara bilmir cunki ailesinde o cur terbiye gorub amma hayasiz gelinde var cavabin verir otuzdurur yerinde

    Cavab yaz
  • Anonim
    Anonim · 20 Oktyabr 18:00205

    Sexsen men ozumde 17 ilin geliniyem 2 usagim var men indeyenedek qaynatama qaynanama hec vaxt cavab qaytarmamisam amma menim isime cox qarisiblar men de cavab qaytarmamisam Allah gorur geci tezi

    Cavab yaz
  • Anonim
    orbet. · 20 Oktyabr 18:003016

    Ərə gedən qadın öz ata-anasına necə hörmət qoyub sözlərini qaytarmayıbsa, eyni qayda ilə ərinin də valideynlərinə etməlidir, əgər etmirsə öz valideynlərindən tərbiyə görməyib və özbaşına qadıncığazdan başqa ona ad yaraşmaz. Həmçinin ərinin valideynlərinə hörmət qoymağı bacarmayan biri, ərinə nə hörmət qoyar nə sevər. Çünki ərə qarşı hörmət istək olanda onun əzizlərinə də olur, bu vəziyyətin başqa variantı yoxdur. İstədiyin ər göydən zənbillə endirilməyib, onu böyüdən tərbiyə verən ana-ata var və onu o günə vəziyyətə çatdıran şəxslərə də əksinə sevmisənsə, minətdar olmalısan ki, belə insan tərbiyə etmisiz.

    Cavab yaz
    • Anonim
      asi · 20 Oktyabr 18:192516

      Orbet bəy, bəlkə hər şey qarşılıqlı olmalıdı?? Təktərəfli necə ola bilər?? Gəlini də axı öz valideyni əziyyətlə böyüdüb, o da göydən düşməyib..Məncə gərək hər bir ailə öz qızına rəva bilmədiyini gəlinə də rəva görməsin..Mən qızımı o niyyətlə böyütmürəm gedib kiminsə, sözü qarşısında əyiləcək..Qızımla ailə qurub onu özü müstəqil şəkildə valideyndən asılı olmadan saxlaya bilən olarsa, ailə qurar, olmazsa, olana qədər qurmaz..Eləcə də oğlum o cür..Özü müstəqil şəkildə ailə saxlamaq gücündə və maddi imkanında olmayanadək evlənə bilməz..Mənim elə bir fikrim yoxdur, 25 yaşında oğul və arvad uşağını saxlayım)..Sözümün canı gərək maddi asılılıq olmasın ki, ayrı, söz söhbətsiz yaşasınlar..Övlad valideyndən maddi asılı olanda valideyn gəlinə çox müdaxilə edir, çox problem yaranır..

      Cavab yaz
      • Anonim
        orbet. · 20 Oktyabr 18:54158

        Asi xanım valideynlər bizim rəfiqələrimiz dostlarımız yoldan keçənlərimiz deyil, onlarla qarşılıqlı razılaşma şərtlər qoyaq və tələb edək. Heç nə demirəm, o ki analarımız bizə yuxusuz gecələrində lay-lay deyərək yatızdırıbsa,özləri bir yeyəndə uşağına iki yedizdirib, və.s o qədər valideynlərin haqqlarından danışmaq olar ki.. Asi xanım ölənə qədər onlara nə qayğı göstərsək də azdır qaytara bilmərik.Valideyni bu haqqlarının qabağında necə incidək üzək?!.Əgər onlar haqqsızlıq edirsə qoy Allah bilsin bizə onlara dərs vermək düşməz,ən son pis dözülməz vəziyyətdə çıxıb getmək düşər.Valideynə hörmət qoymaq söz qaytarmamaq,əyilmək demək deyil,əksinə alilik ucaqlıq, müdriklikdir.Bəzən elə olur ki,vəziyyətə görə bir yerdə yaşamalı olursan, bir yerdə yaşamaq üçün ailə başçısı lazımdır hərə yerindən bir atmaca atsa bazar anarxiya olar. Ailədə ağsaqqal ya ağbirçək sözü insanı əyiltməz. İşdə rəis deyəndə pula görə hər şeyə başüstə deyirsən ailədə deyiləndə əyilmək olur?

        Cavab yaz
        • Anonim
          asi · 20 Oktyabr 21:5966

          Orbet bəy, yazdlqlarınızda haqlısınız, razıyam..Amma bunlar ən çox övlad-valideyn münasibətinə uyğundu..Gəlin və ərin valideynlərinə yox..Ailədə hörmət qarşılıqlı olmalıdı.Valideyn oğul böyüdüb deyə gəlin bunun minnətini götürməməlidi..Mənim oğluma çəkdiyim əziyyət mənim analıq borcumdur, dünyaya gətirmişəmsə əlbət əziyyət çəkməliyəm, sonra buna görə gəlindən nə isə gözləntim olmasını düz bilmərəm..Nə də istəmərəm oğlum gələcəkdə evimizə gətirəcəyi qızı bu niyyətlə gətirsin..Böyük kimi ilk addım bizdən olar, gəlinə ən azı öz adımıza layiq hörmətimizi göstərərik..Başa düşüb qarşılıq verərsə nə gözəl, verməzsə verməsin.Bu onun tərbiyəsinə qalmış..Lakin unutmayaq ki, şərhinizdə qeud etdiyiniz valideyn həm də gəlinin valideynidir..Bir valideynin övladı qızdır deyə oğlan valideynindən aşağı deyil..

          Cavab yaz
          • Anonim
            AYLIN1 · 21 Oktyabr 01:1610

            Asi xanim fikirinizle tamamile raziyam.

            Cavab yaz
  • Anonim
    Anonim · 20 Oktyabr 18:04188

    Elnare qaynana olsa ona dil catdirmaq olar? Gelin ere gelir ki sonra vesin yigib dedesinin evine getmeye ayibdi vallah o baxir hansi geline exlaqinda problem olana aiddi bizim o qeder namuslu qeyretlu gelinlerimiz varki

    Cavab yaz
  • Anonim
    Samire · 20 Oktyabr 18:20114

    Bizim bir yaxin qohum qiz var, axsham ishden gelende cipsi, pirojna, soklar alirdi. Qaynata demisdi ki qiza sen ushaqsan cipsi, pirojna alirsan ozuve. Qiz da cavabinda demishi ki, dayi pirojnalari, soku ozume almamisham ki, sizin ucun almisham yeyersiniz. Ozu de hemin qohum aldiqi shirniyyatlari, nelerise alanda eve catan kimi metbexde stola qoyardi, deyerdi bir azdan caynan icerik. Bele qanmaz insanlara ne deyesen sen. Hetda veziyyet o hala geldi ki, yoldashi adi sheyleri ustunde el qaldirirdi qiza. O qeder bele qalmaqallar oldu ki, qiz axiri cixib geldi evlerine. Bu yaxinlarda merkeme ile boshandilar.

    Cavab yaz
  • Anonim
    Janna · 20 Oktyabr 19:03320

    Rəşid doktor demişken,xaricdə evlilik tanqo rəqsinə bənzəyir 2nəfərdən ibarət.Bizdə isə yallı rəqsinə bənzəyir cütlüklə bərabər ata,ana,baldız.qayın,qohum qonşu....

    Cavab yaz
  • Anonim
    saray qesebesi · 20 Oktyabr 19:12325

    Ayib olsun Elnareye.geride qalmis.ibratamiz meslehetler vermek evezine arani qatan ifadeler isledir.onsuzda son gunler qadinlar zorakiliqa cox meruz qalir.niye camaati qizisdirirsan.Ondansa gozel meslehetler ver .Boyuk boyuk yerini,kicik de kicik yerini gozlesin.Boyuye hormet edek.Yox bir cavan gelinler evi terk etsinki qaynananin sozunu yeye bilmedi.bu ne sozdu.medeni danis bir az.Etikan olsun Elnare.

    Cavab yaz
  • Anonim
    M · 20 Oktyabr 19:2171

    gelin-qaynana problemi cehaletin dibidi.problemi göre bilmirsiz,görsez problem hellini tapar.cemiyyete yersiz,biçimsiz,plansız,yaramaz impulsu,vibrasiyanı ötüren insanlar,sonra başlıyırlar ki,cemiyyetde şiddet var,zorakılıq var,gelin bele geldi,qaynana ele getdi ve s. nizam da,xaos da belekden gelir.mesuliyyetli valideyin olmaq nobel mükafatı almaqdan çetindir.

    Cavab yaz
  • Anonim
    × · 20 Oktyabr 19:27215

    Mersiyexan ki,mersiyexan..Heç bi r xanende xanimlarimiz bele ucuz söhbetler elemir.Buna bax,günde bir cür özünü gözden salir..Bazar söhbeti açir hemişe.Bunun xanim xatin xanende olmagina çox var.Bu geride qalmish fikirleri ile de çetin ola..

    Cavab yaz
  • Anonim
    Tttt · 20 Oktyabr 20:37120

    Vau ne qeder şerh yazılıb.en aktual mövzu.hamının yaralı yeri.

    Cavab yaz
  • Anonim
    mina · 20 Oktyabr 20:4361

    gedmir axi deyir ay qaynana ne yugmusan menimdi.Sen ged

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 20 Oktyabr 22:28516

    Mütləq hakimiyyət uğrunda çox qəliz və həlli mümkün olmayan mübarizə:)))..Qadın gəlin olanda,gəlinlərin tərəfində olur.Qayınana olmağa hazırlaşanda isə qayınanaların tərəfində:))Psixologiya dəyişir yəni.Heç kim əvvəldən—Mən yaxşı qayınana olacam deməsin,çünki o psixologiya başqadı...Bir də,hamı özünü haqq gördüyü üçün günahkar kimdir heç vaxt anlaşılmır:)

    Cavab yaz
    • Anonim
      M · 20 Oktyabr 23:1912

      haqq,günahkar axtarmaq allah axtarmaq qeder müşkil,boş ve menasızdı.problemi görmek lazımdı,bu ise mümkündür.

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 20 Oktyabr 23:3222

        Mümkündür,düzdür amma görmək istəmirlər,problem bundadır:)

        Cavab yaz
        • Anonim
          M · 20 Oktyabr 23:4021

          görmek isterler,göre bilmirler.

          Cavab yaz
          • Anonim
            ƏSİ. · 21 Oktyabr 09:5122

            Hə?-Məncə yox,elə istəmirlər,istəsələr görərlər.

            Cavab yaz
            • Anonim
              M · 21 Oktyabr 12:1900

              yox,ele deyil.insan her şeyin en yaxşısını istiyir,problemsiz heyat istiyir,amma teessüf ki istekle olmur.insan ekser hallarda heç ne istediyini de bilmir,ne istediyinden xeberi de olmur.istek mexanikidir,her şey mexanikidir.görmeyin istekle elaqesi yoxdur,istemesen de göre bilirsen.hedef insanı kor edir.

            • Anonim
              ƏSİ. · 21 Oktyabr 12:2800

              Elə mənə də bu lazım idi-Açıqlama..Bəs yaxşılıq və pislik??

  • Anonim
    Nurbanu · 20 Oktyabr 22:5970

    Menim rehmetlik nenem deyerdiki gelinin düşdüyü ev gelin olmalidi.evveller anlamirdimki ne deyir nenem.sonra õzum qaynanayla qalanda anladim sohbeti.ama men 12ildi aileliyem ozume ele netice cixarmisamki sirin dilini tapib yola getmelisen.

    Cavab yaz
    • Anonim
      Anonimka · 21 Oktyabr 14:5601

      Bəs gəlin başa düşməyib o yaxşılıqları, xırda bir şeydən ötrü olay çıxardıb quduranda neynəmək lazımdır? İndi bəzilərinə aid deyil bu məsəl

      Cavab yaz
  • Anonim
    Çiçək. · 20 Oktyabr 23:1026

    Elnarenin sozleri biraz kobud cıxıb ama heqiqet var dediklerinde.cunki indiki qızlar aile qurur ayrı yasamaq istiyir ata anada ogul boyudur eziyyetle.evlendirir gelin qullugu gormek neve onatmaq istiyir.hec kes meni qınamasın vallah indiki gelinlerin coxu ev isi yemek ve.s bilmirler ama gedib birini bedbext edirler.qaynana bisirir gelinde yeyir hec öyrenmeyede meyl etmir bele olan halda qaynana danışacaq da bax ele qaynananın sozunu yemelidi o cur gelinler.elinnen bir is gelmiyen gelinner var ki dilleri bir metr cıxır danışanda.aile terbiyesi gormus qız evde ata analarına qoydugları hormeti qaynanaya qaynataya da qoymalıdır.yoldasının seven gelin onun ata anasınada hormet qoymalıdır.oglu yaxsıdı ata anası pis? Getdiyin yerde evinin xanımıda olarsan xidmetciside burda ayıblığ bir sey yoxdu vallah teki evler boyuksuz olmasın Allah butun valideyinlere can sağlığı versin

    Cavab yaz
  • Anonim
    Maqa · 20 Oktyabr 23:18740

    Menim anamin 4gelini var biri cavan yaşinda haq dünyasina getdi .Yeni sözum ondadir ki o rehmeylik olmaq şertile 5 gelin anamin başina and içirler indife.anama qaynana gözüyle yox ana gözuyle baxirlar hetta neveleri nənə yox ana deyə cagirirlar .atamidaki biz tereflerde oldugu kimi qaga müraciet edirler.Sözum odurki ailede mehribançiliq ele qaynanadan qaynatadan çox adlidir .Gerek aradan pərdə götürülmesin

    Cavab yaz
    • Anonim
      AYLIN1 · 21 Oktyabr 01:2960

      Elnare xanimin sozlerinen razilasmiram.Gelinde bir evin qizidi gelibse senin oglunun yoldasidi hemise gerey hormet qoyasan hormet goresen.Gelini eve dusmen getirmirsenki ele onu alcaldif her seyini boyuduf prablem eliyesen oda bir ananin balasidir.onun her isine qarisib sozunu boyutmeyesen o gelinki exlaqlidir namusludur evin sozunu cole cixartmirsa yoldasiyla yola gedirse usaglarina baxirsa temizkardirsa geyimini hereketini bilen geline soz tapan qaynanaya qayinataya ne deyesen.ALLah hayasiz dili gelinide hec kimin evine salmasin.Men ozum 3 ilin geliniyem evladimda var hele qaynanama cavab qaytarmamisam yoldasimin anasidir ona gore hormet qoyuram her seyi yeri yerinde eliyirem onlarinda menimle isi yoxdur Ana bala kimi dolanirig ozumde sakit tebiyetli xanimam.ALLah her kesi pis insanlardan qorsun.

      Cavab yaz
  • Anonim
    Ana · 21 Oktyabr 00:0650

    Quzu keserem qaynanama qaynatama hormetin saxliyiram bawma dolanirlar.yeri gelende ogullarinin deyil menim terefmi tuturlar.cunki ozmu dogrulduram.gelinde biclik olmalidi tulkuluk edib ana ogul arasina girmekcun yox ozunu sevdirmekcun

    Cavab yaz
  • Anonim
    şahnaz · 21 Oktyabr 07:0226

    Əhsən,Elnarə xanım!Bir xanəndə kimi Sizi çox sevirəm.Və Sizə bir Azərbaycan vətəndaşı kimi də hörmətim artdı.Tam doğru buyurursunuz. gəlin öz həddini bilməlidir.Necə olur ki,o ata-ananın oğlu gəlinə "şirin"dir,amma valideynləri "acı"?Axı onlar olmasaydı o oğul da olmazdı?Mənim həm gəlin,həm də qaynana kimi böyük təcrübəm olduğu üçün bu qənaətdəyəm ki,qaynana oğluna xatir bacardıqca güzəştə getməlidir,gəlin də ərinə xatir öz həddini bilməli, onun valideynlərinə hörmətlə yanaşmalıdır.Tək əldən səs çıxmayan kimi hğrmət də birtərəfli olmamalıdır.Qız anasının da bu məsələdə yaxşı və ya pis rolu olur.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 21 Oktyabr 09:00130

    Bunu deyen adam gelinin yaninda qalan adam olmalidi/Hetta sen qaynuvun oqluna ev aldin sonra evlendirdin ve oqluva da bele edeceksen Oqluvun evi indiden hazirdi.Ona goreee bele deyirsen senin uzuvu gelin ayda ilde sekerbura, paxlava kimi gorecek ve Sen sirin olacaqsan beh behnen sozleruvu de yeyecek ustunden cay da icecek.En Melek qaynananin en sirin sozlerin yaninda qalaraq yemek olmur istiotdan da aci gelir neynese de protivni gelir.

    Cavab yaz
  • Anonim
    Falcon · 21 Oktyabr 09:2621

    Elnare xanimin bir cox fikirlerini cox duz deyir, semimi deyecem indiki qizlarin coxu biraz cox havali olur, qaynana,qaynata hetta hec erini de saymayanlar var, amma men butun bu sehbleri gelinlerde yox onun heyeat yoldashinda gorurem, sozunu dese her kes yerini biler, qaldiki bu yazdiqlarim butun gelinlere deyil, cunki yaxsihlarinida gorurem, qisaca desek cox shey evede kishiden aslidir, amma pis qadin ve kishini Alllah hec kese gorsetmesin.

    Cavab yaz
  • Anonim
    aaa · 21 Oktyabr 10:0930

    Böyle düşünenlere yazıklar olsun.....

    Cavab yaz
  • Anonim
    Ş · 21 Oktyabr 10:21130

    Allah heç kəsin balasının qabağına bədəsil çıxarmasın . Amin. Mənim qaynım həm başdanxarab idi, həm də çox acı, kobud xasiyyəti vardı. Qaynanam, qaynanam mənə dedilər ki, bu dəliyə hansı qız gəlib oturar, elə səni alıb gətirmişik, ikisinə də arvadlıq elə, qaynım da üstümə qışqırırdı ki, mənə ərüvə baxdığın gözlə bax. Evləri 5 otaqlı idi, dedim satıb mənə 1cə otaq verin, bəsimdi. Baldızım gəldi ki, elə şey olmaz, qardaşlar arasında ayrı-seçkilik salma......Ay Elnarə, mən neyləməliydim, "yaxşı gəlindi" deyə mən "Baş üstə " deməliydim? ((Namusumu götürüb ayrılıb çıxdım

    Cavab yaz
  • Anonim
    Çoxbilmiş · 21 Oktyabr 10:4262

    Mən bu vaxtacan Elnarənin çox fikrini bəyənməsəm də reaksiya verməmişəm. Demişəm Əşşi, səsi gözəldi, Vəssalam. Amma bu günkü söhbəti tamam gözümdən saldı onu, Daje belə qənaətə gəldim ki, başında problem var onun. Çünki ağzının danışığını bilməyən adamçun başqa söz tapa bilmirəm. Oğlu da var, qızı da. Nə bilir qızının qabağına necəsi çıxacaq, evinə gətirdiyi necəsi olacaq /indidən yazığım gəldi ona /((. Bir sözlə, müğənni kimi özü də, səsi də gözümdən düşdü (((

    Cavab yaz
  • Anonim
    Oxucu · 21 Oktyabr 12:1125

    Deməli belədir də, gənc yaşda və gəlin statusunda olan xanımlar birmənalı şəkildə bu fikri bəyənmir, etirazla qaşılayır. Qaynana olanlar isə birmənalı şəkildə razılaşır və dəstəkləyir. Kişilər də həmçinin. Çünki qadınların, gəlinlərin hüquqlarının qorunmasında kişilər iştirak etmir, əksinə, çox zaman elə onlar tərəfindən pozulur bu hüquqlar. İnsanlar arasında konfliktin, fikir ayrılığının səbəbi odur ki, heç kim qarşısındakının mövqeyindən baxmır, bir anlıq yerdəyişmə edib özünü onun yerində hiss etmir ki vəziyyəti başa düşsün. Gəlin düşüncəsində özünü qaynananın yerinə qoya bilmir, qaynana da özünü gəlinin yerinə qoymur, hətta vaxtilə özünün də gəlin olduğunu unudur. Hər kəs öz statusunda özünə görə haqlıdır, həmçinin də haqsızlığa yol verir, amma heç kim mən səhvəm demir və deməyəcək də.

    Cavab yaz
  • Anonim
    NUR · 21 Oktyabr 22:1110

    Elnarə xanıma boyuk hormətim var amma bu fikri ilə razi deyiləm .Gəlin elə söz yeməyə gedir?hər sey kimi hormət də qarşılıqlıdır

    Cavab yaz
  • Anonim
    LADY- L · 21 Oktyabr 22:3421

    Menim indiden yazigim gelir bununla bir dam altinda yashamaga mecbur qalacaq geline.Emelli bashli diktatordu bu qadin. Ozunun aile heyatinda ne cur psixoloji zerbeleri olubsa hamisinin evezini toplayib saxlayib gelecek geliniycun.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.