Şou-biznes

"Bakıya "Qafqazın Parisi" deyərdim, amma Parisi tərifləmiş olaram" - Türk aparıcının paytaxtımızla bağlı fikirləri... - FOTO

18 Oktyabr 2019 11:17
30 Şərh     Baxış: 2 800

Türkiyəli jurnalist Ahmet Hakan Bakı haqda fikirlərini çalışdığı "Hürriyyet" qəzetində yazıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, məşhur xəbər spikeri gəlmədən öncə paytaxtımızı bəyənmədiyini etiraf edib.

Sözügedən yazını təqdim edirik:

"Getməmişdən öncə xor baxırdım, buna görə də utanaraq geri döndüm. Qafqazın Parisi deyəcəm, amma.. Parisi tərifləmiş olaram deyə, narahatam.

Bizim Nişantaşı var e... Onu 40-a vurun... Bakıda elə bir Nişantaşı var.

Bakıya "Küləklər şəhəri" deyirlər... Vallah, düz deyirlər.

Hər şey necə də yeniydi və hər şey necə də tarixə hörmətli şəkildə qorunmuşdu. Məəttəl qaldım!

Çayı mürəbbə ilə içirlər Bakıda... Elə mənimsədim ki, mən də artıq mürəbbə ilə içirəm.

Samovar var ha, samovar... Onun vətəni Bakı imiş.

Bir-birindən gözəl və başdöndürən binalara "Hamısı geydirmədir, makiyajdır" dedilər. Belə makiyaja can qurban!"

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

30 Şərh:

  • Anonim
    ƏSİ. · 18 Oktyabr 11:281213

    Sağ olsun:).Mən bu yaxınlarda,Türkiyədə,Bakı İstanbuldan daha gözəldir dedim az qaldılar hücum çəksinlər üstümə:))Ağızları yaxşı cümlələr qursa da,içləri boşdur...Hər fürsət düşdükcə də deyirəm.Bakı gözəldir,hər zaman üçün də belə olub.Müasir və gözəl...

    Cavab yaz
    • Anonim
      Fizuli Şirvanlı · 18 Oktyabr 11:5046

      bəs havalılar deyir türklər bizi görəndə qardaş deyib üstümüzə cumurlar?)

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 18 Oktyabr 12:47710

        Baxır hansı bölgəsi.Ərzurum,Kars tərəflərdə qardaş deyirlər,qucaqlayıb qonaqpərvərliklərini göztərirlər.Başqa bölgələrdə isə tam əksi.Azərbaycanlıyam deyəndə başlarına daş düşür.Alçaltmaq üçün hər şeyi edirlər.Onlarln paylarını vermək insana zövq verir.

        Cavab yaz
        • Anonim
          Jin · 18 Oktyabr 13:5291

          Çünki Ərzurum və Qarslilar etnik cəhətdən azərbaycanlidirlar.

          Cavab yaz
    • Anonim
      asi · 18 Oktyabr 12:29912

      Gözəllik iki cürdür)..Təbii və estetik..Estetik cəhətdən Bakı gözəl görsənsə də, təbbi gözəllikdə Istanbuldur..Iki dənzi bağlayan boğaz mənzərəsi, iki qitədə yerləşən şəhərin təbii gözəlliyi ilə hər halda Bakının hasarlanıb şəxsi ərazi edilən sahilləri eyni deyil)..Birdə tarixin bəxş etdiyi gözəllik var hələ..Bakı tarix yazan şəhərlər sırasında deyil, fikrimcə)..Bakını Vətənimin bir parçası, dövlətimin paytaxtı kimi çox sevirəm, amma bir şəhər kimi cəlb etmir məni, nə də rahatlıq hiss etmirəm orda).. Mənə görə Gəncə Bakıdan daha gözəldi)..Bakının gözəlliyi heç də hamı üçün əl çatan deyil..Neynirəm o müasirliyi, dəbdəbəli yerləri ki, hansısa təbəqə üçün nəzərdə tutulub..Mənim kimisinə isə, ətrafında selfi çəkmək qalır)..

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 18 Oktyabr 13:0286

        İstanbulun gözəlliyi də estetik deyil.Avropa yaxası qarmaqarışıq bir yerdir,nə plan var,nə estetika.Asiya tərəfi isə digər tərəfə nisbətən sakit və yaşıllıqdı.Böyük şəhərdi deyə tam təsvir etmək olmur.Ən məşhur və səliqəli tərəfləri var,söz yox.Boğazı da gözəldi,amma Bakımıza çatmaz:).

        Cavab yaz
      • Anonim
        ƏSİ. · 18 Oktyabr 13:1055

        İstanbulun o dediyim səliqəli yerləri də hansısa təbəqə üçün nəzərdə tutulub.Çox yerdə də elə belədir.Bilmirəm,asi,mən sevmirəm İstanbulu.

        Cavab yaz
  • Anonim
    Roya · 18 Oktyabr 11:4570

    Doğrudan da Bakı gözel şeherdir.Hele o İçeri şeher,insanı bu zamandan götürüb başqa bir zamana aparır.

    Cavab yaz
  • Anonim
    Samed dagli · 18 Oktyabr 11:4891

    Bir nece olkelerde onlarin seherlerinde olmusam Vallah heqiqeten baki hem gozel hem cox rahat seherdir .belke gozelligde hansisa seherden geri qala biler ama cox cox rahat seherdir

    Cavab yaz
  • Anonim
    asi · 18 Oktyabr 11:581827

    Bakı tək Avropanın Parisi deyil..Bakı taksiləri ilə Ingiltərənin Londonudu, yağış yağıb küçələri yolları su basanda Italyanın Venesiyasıdı, öz dilini xor görüb rusca danışanlarla Rusiyanın Moskvasıdı, əxlaqsızlar, otellərlə ərəblərin Dubayıdı, bayramkilərlə Hollandiyanın Amsterdamıdı, insanların tulladığı zir-zibili ilə Hindistanın Dehlisidi, narkomanları ilə Meksikanın Mexikosudu, dəbdəbəli villaları ilə Ruminyanın qaraçılar məhəlləsidi, fəhlələri ilə Banqladeşin Dakkasıdı.. Tay hara qaldı??).. Bir sözlə Bakıda bütün dünya özünü tapa bilər..

    Cavab yaz
    • Anonim
      Zuni · 18 Oktyabr 12:04512

      Mawallah ureyin dolu imiw,xeyli sesli guldum))).Allah guldursun seni))

      Cavab yaz
      • Anonim
        asi · 18 Oktyabr 12:59510

        Həə))..Dünyanı yığdım Bakıya)).. Bahəm..

        Cavab yaz
    • Anonim
      ƏSİ. · 18 Oktyabr 13:0656

      Deyirsən ki,ey türk jurnalist,Bakımızı şəllə at dalına,indi??O dediklərin hər yerdə var.Qonşu Gürcüstan daha məşhurdu ərəblər və iranlılar arasında.Bizimkilərin məskəni isə elə qonşu Türkiyə və Dubaydı.İntəhası Bakı balaca şəhərdi deyə daha çox gözə batırlar.

      Cavab yaz
  • Anonim
    Oxucu · 18 Oktyabr 12:1782

    Əcnəbilərdən bizim haqqımızda təriflər eşidəndə sevinirəm, qürur hissi keçirirəm. Bakı əlbəttə ki gözəldir, özəldir, həm qədimdir, həm müasir. Qonaq çox doğru deyib, bizdəki samovar çayından, mürəbbələrdən heç yerdə yoxdur.

    Cavab yaz
    • Anonim
      asi · 18 Oktyabr 15:1255

      Samovarın vətəni Azərbaycandır desəydi, daha düz olardı).. Onların samovar çayları bizim çay kimi dadlı olmur..Mürəbbələrini də bizim kimi bişirə bilmirlər..Bizdə daha orjinaldı mürəbbələr..Amma quru çayları qəşəngdi..Ordan alıb bizdə dəmləyəsən)..

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 18 Oktyabr 15:4052

        Asi bizim tələbə hay küy salır ki,bu dəfə gələndə mənə çoxlu çay gətirin.Buraların çayı içilməli deyil.Ən yaxşı çayda,çay süfrəsi də bizdədi..İstədiyi çay,birdə Astara düyüsüdü:).Nəsə oraların əti,meyvəsi də dadsızdı.Ümumiyyətlə ölkədən çıxdıq,özümüzlə mütləq bəzi ərzaqları götürürük.Bu yaxınlarda bizim rəis Almaniyadan da ac susuz qayıtdı:)))Söz düşəndə ailəlikcə deyirik heç yerin,heç nəyi yeməli deyil.

        Cavab yaz
        • Anonim
          asi · 18 Oktyabr 15:5554

          Onların ətləri doğurdan da dadsız olur..Bizim qohum da orada oxuyur..Anası onun üçün həmişə qovurma hazırlayıb göndərir..Amma çaylarından alıb gətirmişdim çox bəyəndim..Rizə çayı idi, müxtəlif növ.. Içib bəyənmişdim, qutuları göstərdilər alıb gətirdik).. Bizim Azərçaydan başqa heç bir çayı bəyənmirdim, ona qədər..Astara düyüsü keçənil alıb gətirmişdik..Bir ay keçmədi içinə bit düşdü). Heç vaxt görmədiyim iş idi rusiyada..Anama dedim, dedi təmiz düyüyə bit düşməsi normaldı, deməli Astara düyüsü təbiidi)).Sizin düyülərin tərkibi pisdiki bit düşmür)).Yeməklərdə bizim mətbəx çox dadlıdı, nəinki türk, elə hər yerdən..Həm bizim mətbəxin təmizliyi də ayrıdı..Yəni yeyilə bilən ərzaqlar sarıdan..

          Cavab yaz
  • Anonim
    Jin · 18 Oktyabr 13:5670

    Baki gözəldir. Bəyənməyənə də qapı açıqdır. Bəyənmirəm deyirlər amma qolundan tutsan Bakıdan qırağa çıxmaz.

    Cavab yaz
  • Anonim
    orbet. · 18 Oktyabr 14:04131

    Bakının yalnız mərkəz küçə və prospektləri, doğrudan da avropada olan çox şəhərlərdən gözəldir, İstanbul ilə müqayisə də isə superdir. Fakt var, görənlər də bunu ədalətli olsa təsdiq edərlər. Amma dövlət Bakının bütün ərazilərini gözəllləşdirməlidir, " yarı şəhər- yarı xaraba statusunu " almamalıdır

    Cavab yaz
    • Anonim
      asi · 18 Oktyabr 15:0747

      Orbet bəy, hər kəsin gözəllik anlayışı özünəməxsusdur..Iki nəfər eyni yerə eyni gözlə baxmır..Yuxarıda da yazmışam Bakının gözəlliyi estetikdir, mənzərə gözəlliyi azdır..Olan yerləri isə, şəxsiləşdirilib...Prospektlər küçələr gözəldir, dizayn da həmçinin..Amma bütün bunlar pulla olan işlərdir..Dünyanın istənilən şəhərinə o pulu yatırsan eyni gözəlliyi əldə edə bilərsən..Hətta Bakının abadlaşmasına xərclənən pulla Azərbaycanın istənilən bir kəndinə həmin Bakı gözəlliyi vermək olar..Lakin bəzi gözəlliklər var ki, onlar sırf o şəhər üçün xaraxterkdir..Bu sarıdan Bakı Istambula uduzar...Həm də şəhərin tanınması üçün tarix lazımdı..Bakıda da o yoxdur.. Şəkinin Xan Sarayı Bakının ən gözəl tikilisindən daha aktualdır..Bu variantda da Bakı Istambulu keçə bilmir..Ərəblər də pul hesabına səhrada dünyanın ən bahalı, gözəl şəhərini tikdi..Lakin səhranın ortasındakı Misir ehramları öz özündən qiymətlidi və cəlbedicidi.dünya üçün..Məqsədim Istambulu tərifləyib Bakını pisləmək deyil..Sadəcə müqayisə üçün yazdım)..

      Cavab yaz
      • Anonim
        orbet. · 18 Oktyabr 15:3472

        Asi xanım, söhbət şəhər statusundan gedirsə, Bakının dağlıq-düzənlik relyef müxtəlifliyi üstəgəl almanlara tikdirilən köhnə binalar və verilən estetik yaraşıq onu özünəməxsus gözəl şəhərə çevirir. Dünyada ikinci Bakı yoxdur, birdənədir. "Güzgülər müxtəlif görüntü versələr də reallıqda görüntü birdir"

        Cavab yaz
        • Anonim
          Jin · 18 Oktyabr 17:1245

          Asi, deyirsən Bakının tarixi yoxdur. Bu sözü harda desən sənə gülərlər. İçərişəhər bəs nədir? Elə ən çox də ermənicikilər səndən faydalanar

          Cavab yaz
      • Anonim
        Famil · 18 Oktyabr 17:1524

        Asi, deyirsən məqsədim Bakını pisləmək deyil. Amma Bakının tarixi yoxdur deməklə sən Bakını təhqir etdin. Şəxsən İstanbulu bilən biri kimi deyim ki, mən də İstanbulu bəyənmirəm.

        Cavab yaz
        • Anonim
          asi · 18 Oktyabr 21:0255

          Zövqlər müxtəlifdi və hər kəsin özünə görədi..Elə yazırsız ki, təhqir etdin filan, sanki Bakı tarixi şəhərmiş , mən bilmirmişəm.Bakı hansı tarixi yazıb və ya Bakıda hansı tarix yazılıb??.. Azərbaycandakı hansı dövlətin mühim şəhəri olub, Bakı xanlığından savayı??.. Mənim bildiyim Azərbaycanın əsas şəhərləri Təbriz, Irəvan, Gəncə, Dərbənd, Naxcıvan olub, amma Bakının adı o sıralarda olmayıb ..Istambulla bu baxımdan Təbrizi müqayisə edərəm, amma Bakını yox..Bakının inkişafı 18-ci əsrdən o tərəfə keçmir..Yaşayış məskəni kimi qədim ola bilər, ( Azərbaycanın bütün ərazisi onsuzda qədim yaşayış məskənidi) şəhər kimi yox..Bu günkü Bakı isə, pulla gözəlləşir..Azərbaycana gələn gəlirlə nəinki Bakını, Azərbaycanın bütün şəhər və rayonlarını Istambuldan gözəl edə bilərlər istəsələr..Sizlər fərqli, mən fərqli baxıram və fikir ayrılığının yaranması təbiidir..

          Cavab yaz
          • Anonim
            Famil · 18 Oktyabr 23:4625

            Hə asi elə danışdın ki, elə bil bu yaxınlarda Bakının torpağı marsdan götürülüb. Zövq başqadır, tarixi bilmək başqa.

            Cavab yaz
  • Anonim
    yerli · 18 Oktyabr 14:2061

    Sozsuz Bakimiz cox gozeldir lakin israfci debdebeli toylar nisanlar xina yaxdilar sunnet toylari toy seviyyesinde kecirilen ad gunlari israfci yas merasimleri optovoylara banklara olan kredit borclari yerli insanlarimiza seherin bu gozelliyini gormeye mane olur. qonaqa ne var gozelliyi gordu getdi biz ise hec kime lazim olmayan israfci tedbirlerimizle bas basa qaliriq.

    Cavab yaz
  • Anonim
    Aer · 18 Oktyabr 17:20160

    Burda Asi nikiylə yazana deyirəm: gah deyirsən İstanbulun mənzərəsi gözəldir, gah da deyirsən tarixi Bakıdan üstündür. Bakıdakı İçərişəhər hər halda iki gün bundan öncə tikilmib. Heç olmasa düşünüb yaz. Bakının tarixi yoxdur demək çox yersiz cümlədir...

    Cavab yaz
    • Anonim
      Famil · 18 Oktyabr 18:09110

      Vallah düz deyirsən. Heç bir cümləsi bir biri ilə uyğun gəlmir. Bakını hələ heç kim belə təhqir etməmişdi... Mən də İstanbulu bilən biri kimi bəyənmirəm... İstanbulun başı qırmızı kirəmitli evlərini Bakının avropasayağı qotik binalarından üstün bilmək zovqsuzlukdur..

      Cavab yaz
    • Anonim
      . · 18 Oktyabr 23:3202

      17:20e)))))))

      Cavab yaz
  • Anonim
    Ezan · 18 Oktyabr 23:2042

    gecen sene bende bakü ye geldim gezdim çok sevdim.. bakü ye ezan sesi çok yakışır..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.