Şou-biznes

İzzət efirdə oğluna ad günü keçirdi - FOTO

10 Oktyabr 2019 15:36
4 Şərh     Baxış: 2 547
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni İzzət Bağırov oğlunun ad gününü canlı efirdə qeyd edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, dünən "5-də 5" proqramında böyük oğlu Əlinin 10 yaşının tamam olduğunu bildirib.

İfaçı övladının incəsənətə marağının olduğunu söyləyib: "Oğlumun sevdiyi müğənnilər Cin, Ramin Nabran və Əhməd Mustafayevdir. Bu tərzdə ifaları sevir. İstəmirəm ki, oğlanlarım müğənni olsun".

İzzət daha sonra oğlu Mehdidən söhbət açıb: "Mehdi artıq sənətini seçib, cüdo ilə məşğuldur. Artıq gələn ay İrana yarışa gedəcək. 7 yaşı var". 

Qeyd edək ki, Bağırov iki dəfə ailə həyatı qurub. Onun ikinci nikahından 3 övladı dünyaya gəlib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.