Şou-biznes

Sevmədiyi insana zorla ərə verilən əməkdar artist: Çox qorxuram... - VİDEO - FOTO

5 Oktyabr 2019 10:05
7 Şərh     Baxış: 4 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Övladlığa uşaq götürüb ana adını qazanan əməkdar artist Nigar Şabanova "Şou ATV"də şəxsi həyatı ilə bağlı tükürpədən açıqlamalar edib.

Milli.Az xəbər verir ki, 16 yaşında zorla ərə verilib həyatı puç edilən xanım müğənni, tənhalıqdan qorxduğu üçün bu addımı atdığını bildirib.

30 yaşlı sənətçi bir gün övladının olacağına ümid etdiyini də sözlərinə əlavə edib:

"Təklikdən inanılmaz dərəcədə qorxuram. 30 yaşım var. Fikirləşdim ki, indidən onu götürüm öz övladım kimi böyüdüm ki, heç olmasa 40 yaşında bilim ki, 10 yaşlı övladım var. Artıq analığı yaşamaq istəyirdim, o hissin nə olduğunu bilmək istəyirdim. 

Çox şeylər yazırlar ki, artıq o ana ola bilməyəcək. Bu heç də belə deyil. Həkimlər mənə yüzə-yüz ümidini üzmə deyib. Yuxu kimi gəlir ki, mən həqiqətənmi anayam. Bətnində gəzdirməklə deyil. Övladı qucağa alanda hiss edirsən. O, olmasaydı dünyam tərsinə çevrilərdi. Özümü dünyanın ən bədbəxt qadını hiss edə bilərdim. Nəfsənin gəlişi ilə hər şey dəyişib artıq. O, mənim təskinlik yerimdir. Artıq üzülmürəm ki, mən ailə qursam da, qurmasam da tək qalacam".

Nigar Şabanovanın açıqlamaları ətraflı videoda:

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.