Şou-biznes

“Mənə insanların dəyər verməyi lazım deyil”

23 İyul 2019 12:07
3 Şərh     Baxış: 3 350

Uzun müddətdir Türkiyənin İzmir şəhərində yaşayan və fəaliyyətini orada davam etdirən müğənni Elnur Hüseynov Bakıya gəlib.

Milli.Az bildirir ki, sənətçi axşam.az-ın suallarını cavablandırarkən oradakı planlarından söz açıb:

"İzmirin Anadaolu Autizm Vəqfinin konsertlərində çıxış edirəm. Heyvan sığınacaqları üçün konsert də planlaşdırıram. İzmirin Bələdiyyə rəisi ilə bu işi həyata keçirəcəyik. Təşkilatçılarla bu məsələni danışırıq, oradan gələn gəlirlər isə heyvanlara bir ton yem verilməsinə xərclənəcək".

İfaçı İzmirdəki həyatından məmnunluğunu da dilə gətirib:

"İzmirdə gözəl zaman keçirirəm. Burada yaşayacam. İnsanları çox rahatdır. Bundan başqa, bir saatın içində istədiyin zaman dənizdə, meşədə ola bilərsən. Digər tərəfdən, orada heyvanlara dəyər verirlər. Bu, mənim üçün önəmli amillərdən biridir. Özümü burada yaxşı hiss edirəm".

"Mənə insanların dəyər verməyi lazım deyil, salam versinlər, üzləri gülsün və düzgün insan olsunlar. Sevməyib, amma selfi çəkdirmək üçün gəlirlərsə, bunu etməsinlər", - E.Hüseynov bildirib.

Müğənni "Sən gəlməz oldun" mahnısına növbəti nəfəs verdiyini də söyləyib:

""Sən gəlməz oldun"u İsfar Sarabski ilə "cover" etmişik. Bir ay içərisində hazır olacaq. Bunun üçün də animasiya hazırlanır. Sosial layihələrim də var. İnsanlara dəyər vermək, kömək olmaq kimi amalları özündə birləşdirir".

E.Hüseynov tez-tez sosial layihələrdə rol alması ilə bağlı isə bunları deyib:

"Hər yerdə yaxşı və pis insanlar var. Hər kəsin içərisində pis və yaxşı tərəfi var. İçindəki mənfi tərəfi gizləməyi, örtməyi bacarmalısan. İnsan öz içində mübahisə aparanda ağır şeylər yaşayır. Belə insanlar həmişə olacaq. Hər kəs bu dünyada mənfi tərəfinə qalib gələ bilmir. Yaxşılıq edə, kimisə sevindirə bilirsənsə, onun sevincindən sənə pay düşürsə, məncə, bu, yetərlidir".

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Hamaya Kazimova · 23 İyul 12:34140

    Qälbiniz üchün dä sevilirsiniz Elnur! Ugurlariniz bol olsun! Amin Sevgi ilä

    Cavab yaz
  • Anonim
    fb · 23 İyul 12:3635

    Kişilərin cilizlaşmasini görmək agrilidir

    Cavab yaz
  • Anonim
    vus · 23 İyul 13:5760

    Elnur səni çox sevirik.Allah səni, səsini qorusun.Təzə mahnılarla tez-tez gündəmə gəl.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.