Şou əhlinin bahalı geyimləri: Bir paltar 3600 manat...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koko Şanel deyirdi ki, əvəzolunmaz olmaq üçün həmişə dəyişmək, fərqli olmaq lazımdır. Fərqli olmaq dedikdə isə dərhal göz önünə yeni geyimlər gəlir.
Yerli şou əhlinin də geyim aludəçisi olduğu heç kimə sirr deyil.
Milli.Az ulduzların bir-birindən fərqli və gözoxşayan libaslarının hansı brendə məxsus olduğunu, dəyərini "Instagram"da populyarlıq qazanan "Kim haradan geyinir?" səhifəsinə istinadən təqdim edir:
Səhnə tərzi ilə seçilən daha bir məşhurumuz isə müğənniGünay İbrahimlidir. Günayın seçimi bu dəfə uzun, narıncı rəngdə, dəyəri 483 manat olan, "Karren Millen" brendinə məxsus zərif və sadə libas olub.
Sadə və şık obrazı ilə seçilən Əməkdar artist Tünzalə Ağayeva da dəblə ayaqlaşan ulduzlardandır. Ağayeva ağ, uzun, kürək dekolteli, üzəri zolaqlarla bəzədilmiş əlbisəyə üstünlük verib. Tünzalənin 269 manatlıq geyimi "Zara" markasındandır.
Geyimi ilə diqqətləri üzərinə cəlb edənlərdən biri də xanəndə Gülay Zeynallıdır. Gülayın geyindiyi ağ rəngdə, ön hissəsi sinədən ayağa qədər düz xətlə qara düymələrlə bəzədilən 109 manatlıq libas "Mango" brendindəndir. Zeynallı geyim kombinini "Yves Saint Laurent" markasından olan 1479 manatlıq qəhvəyi ayaqqabı ilə bəzəyib.
Bir neçə gün öncə özünə təmtəraqlı ad günü məclisi quran, adı qalmaqallarda hallanan müğənni Aysel Əlizadə isə geyindiyi qara, qısa, dekolteli əlbisəsini "Jimmy Choo" markasına məxsus eyni rəngdə, zərif ayaqqabı ilə tamamlayıb. Aysel ayaqqabısına 1488 manat xərcləyib. Eyni ayaqqabıdan isə bir müddət öncə dünya şöhrətli pop-diva Beyons istifadə edib.
Bahalı, eyni zamanda, dəbdəbəli geyim və aksesuarları ilə diqqət çəkənlərdən biri də Azərbaycana 2011-ci ildə "Avroviziya" sevinci bəxş edən Nigar Camaldır. Nigar əyninə geyindiyi qısa, sarı libasını 1181 manatlıq "Christian Dior" markasının incə, ənlik tonunda olan ayaqqabı ilə bəzəyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür





