Şou-biznes

Mətanət "Həyatımdan sildim" dediyi adaşının məclisində yallı getdi - VİDEO - FOTO

20 İyun 2019 10:50
1 Şərh     Baxış: 5 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl Əməkdar artist Mətanət İsgəndərlinin ünvanına tənqidlər səsləndirən müğənni Mətanət Əsədovanın yenə də yalanı ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Əsədova "Həyatımdan sildim" sözlərini dediyi İsgəndərlinin nəvəsinin ad günündə fotokameramıza tuş gəlib.

Mətanət Tuncayın məclisində həmkarı ilə qucaqlaşıb, rəqs edib, hətta onun ünvanına təriflər də yağdırıb.

Qeyd edək ki, M.Əsədova "Bir axşam" verilişində M.İsgəndərlinin ünvanına "Musiqi aləmində yalançı rəfiqələr var. Mətanət İsgəndərli haqqımda elə bir şey danışıb ki, onu nəinki telefonumdan, həyatımdan sildim. Bundan sonra nəyə and içsə də, inanmıram" sözlərini demişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.