Şou-biznes

"Dövlət qurumunda işləyirəm, modellik isə hobbimdir" - "Azərbaycan gözəli" danışdı

5 Aprel 2019 10:44
9 Şərh     Baxış: 4 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Melisa Nuriyeva "Azərbaycan gözəli 2019" yarışmasının qalibi olub. "Azərbaycan gözəli 2019" müsabiqəsi son zamanlar sosial şəbəkələrdə geniş müzakirə olunur.

Milli.Az unikal.org-a istinadən adıçəkilən müsabiqənin qalibi Melisa Nuriyeva ilə müsahibəni təqdim edir:

- Modelliklə çoxdan məşğulsunuz, yoxsa bu sahədə yenisiniz?

- Mən dövlət qurumunda işləyirəm, modellik, sadəcə olaraq. mənim hobbimdir. Bu yarışmaya da maraq üçün qatılmışam.

- Müsabiqəyə kiminsə məsləhəti ilə qatıldınız?

- Modellik mənim uşaqlıq arzum olduğuna görə öz istəyimlə bu yarışda iştirak etdim. Hobbi olaraq kliplərə, filmlərə də çəkilirəm.

- Hansı filmlərə çəkilmisiniz?

- Mən dövlət qurumunda işlədiyim üçün vaxtım bir o qədər də çox deyil. Buna görə də baş rola çəkilmək üçün edilən təklifləri qəbul etmirəm. İstəmirəm vaxtımı boş yerə sərf edim.

- Qalib olandan sonra sizi təbrik edən oldumu?

- Təbrik edənlər çox oldu. Hamı sosial şəbəkədə yazır, zəng edib təbrik edir.

- Qalib olandan sonra sizi çox müzakirə etdilər. Tənqid edənlərə münasibətiniz necədir?

- Məndə heç vaxt, heç kəsə qarşı paxıllıq olmayıb. Hər kəs öz ürəyinə görə danışır. Mən elə şeylərə fikir vermirəm. Mən onların fikirlərinə hörmətlə yanaşıram.

- Bəs, beynəlxalq gözəllik yarışmalarına qatılımaq istəyirsiniz?

- Azərbaycan gözəli kimi ölkəmizi xaricdə təmsil edə bilərəm. Mən bütün işimi atıb aylarla, günlərlə xarici ölkələrə getsəm bu, mənə sərf etməz. Mənim öz işim var.

- Həmçinin sizin müsabiqədə qalib olduğunuza şübhə ilə yanaşanlar da var. Ümumiyyətlə, bu qalibiyyət tapşırıqla olub?

- Orada hər sahə üzrə münsiflər var idi. Onlar mədəniyyət, moda və s. sahələri təmsil edirdilər. Bu, onların verdiyi qərardı. Tapşırıq olsaydı, öz sahəmdə, yəni dövlət qurumunda yüksək vəzifəyə təyin olunardım.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.