Şou-biznes

“Şou-biznesdə ərə gedənlərdən əskik deyiləm”

14 Yanvar 2019 11:37
10 Şərh     Baxış: 2 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mən şou-biznesdə ərə gedənlərdən əskik qızam? Bu günə kimi evlənməmişəm. Demək ki, camaatın gözündən pərdə asmaq istəmirəm. Mən ağılla yox, hisslərimlə özümü idarə edirəm. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "X maqazin"ə qonaq olarkən deyib. O, insanların gözündə pərdə asmaq üçün ərə getməyəcəyini bildirib. Səidə şir ürəkli biri ilə sevgili olduğunu qeyd edib:

"Ərə getməyimi xalq üçün sübut etməliyəm? Onlar da görsünlər ki, Səidə ailə həyatı qurub. Övlada görə ailə qurmayın. Uşaq "kukla" deyil. Əgər siz yaxşı insansızsa, birinci düşünməlisiz. Əgər o uşaq dünyaya gələndə ata sevgisi görməyəcəksə, gözü kölgəli gəzəcəksə, niyə həmin uşağa travma verməlisiz? Özüm elə birinə ərə gedəcəm ki, onda şir ürəyi olsun. Allaha şükür ki, belə biri ilə qarşılaşmışam. Mən ruhu zəif biriylə sevgili ola bilmərəm. Şou-biznesdə axtardığım kişi obrazı yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.