Şou-biznes

Nura Surinin də mahnısı plagiat çıxdı - VİDEOFAKT

20 Dekabr 2018 15:49
12 Şərh     Baxış: 4 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nura Surinin mahnısı plagiat çıxdı.

Milli.Az primetime.az-a istinadən xəbər verir ki, ifaçının bu yaxınlarda təqdim etdiyi "Gitme" mahnısı, sən demə, hind mahnısı ilə eyni imiş. Belə ki, sözügedən mahnı "Ustad hotel" filmindəki, "Mel mel mel vinnile" treki ilə birə-birdir. Film 2012-ci ildə rejissor Anvir Raşid tərəfindən ekranlaşdırılıb.

Nura Surinin mahnısı 2018-ci ilin dekabrın 2-də "YouTube" səhifəsinə yerləşdirilib. Mahnının musiqisinin müğənninin özünə və Əvəz Muradova məxsus olduğu qeyd olunub.

Məsələ ilə bağlı müğəninin mətbuat katibi Pərviz Hüseyn ilə əlaqə saxladıq:

"Mahnı təbii ki, plagiat deyil. Sadəcə, sözügedən mahnıdan bir neçə hissə götürələrək "Gitme"də istifadə olunub. Bunu da Nura Surinin bir neçə mahnısında görə bilərsiniz. Çünki öz istəyilə dəyişikliklər etdirir. Bu, dünya praktikasında da var. Əsas odur ki, insanlar dinləyəndə zövq alırlar və mənfi enerjiyə köklənib bədbinləşmirlər".

Qeyd edək ki, N.Surinin "Mazoxisto" mahnısı Şakiranın "Chantaje" ilə bənzərliyi ilə gündəmə gəlmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Nura Suri - Gitme (Official Clip)

Mel Mel Mel Vinnile - Usthad Hotel

Nura Surinin də mahnısı plagiat çıxdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.