Müğənni Emil Bədəlov "Zaurla Günaydın" proqramının qonağı olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi verilişə həyat yoldaşı Xanım, qızları Səadət və Zeynəb, anası və qayınatası ilə qatılıb.
Xanım Emildən danışıb və onu heç qısqanmadığını söyləyib:
"Çox vaxt Emil qısqanır. Mən onu qısqanmıram. Hərdən olur. Amma sonra görürəm ki, onu qısqanmağa ehtiyac yoxdur. Hamı məndən soruşur ki, onu qısqanırsan? Çox ailəcanlıdır...".
Emil isə həyat yoldaşı haqda "Əvvəl gələndə qənaətçil idi. Sonra oxşadı qayınanasına" sözlərini deyib.
Milli.Az