Şou-biznes

Xalq artisti: "Dəfələrlə istəsə də ailə həyatı qura bilməyib..." - FOTO

24 Sentyabr 2018 21:07
0 Şərh     Baxış: 6 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Naibə Allahverdiyeva ATV-də yayımlanan "Həyətimiz" adlı televiziya verilişində yer alıb. Hər həftə maraqlı səhnəciklərlə efirə çıxan aktrisa obrazı haqda Milli.Az-a açıqlama verib:

"Televiziya verilişində oynadığım obrazın adı Bəstidir. O, çox yaxşı qızdır, ürəyi təmizdir. Anasız, atasız böyüyüb. Heç cür bu qadının həyatda bəxti gətirmir. Dəfələrlə istəsə də ailə həyatı qura bilməyib. Bütün xanımlar kimi o da xoşbəxt olmaq istəyir. Hadisələr məhəllənin ən məşhur həyətlərindən birində baş verir. Məndən başqa ekran işində Azər Axşam, Əkbər Əlizadə, Raksana İmir və s. aktyorlar yer alır", - deyə xalq artisti bildirib.

Əli Novruzəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.