Şou-biznes

Mətanətə görə dostluğunu pozdu

21 Avqust 2018 10:56
10 Şərh     Baxış: 15 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil" proqramında rəqqasə Fatimə Fətəliyeva ilə dostluğunu pozduğunu deyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o bildirib ki, Fatimə ötən gün aparıcılıq etdiyi proqramında Mətanət Əsədova haqda danışan Sərxan Kərəmoğlunu susdurmayıb:

"Bu gün Fatimə ilə dostluğumu dondururam. Çünki o, bir neçə saat öncə müdafiə etdiyi halda, pul verib aparıcılıq etdiyi proqramda Mətanəti müdafiə etmədi. Nə vaxt ki, aparıcılıq etdiyi verilişdə söz demə haqqı olacaq, onda onunla dostluğumu bərpa edəcəyəm".

Qeyd edək ki, Fatimə Fətəliyeva dünəndən etibarən "Lider" TV-də yayımlanan "Xoş gəldiniz" verilişində Aşıq Namiq Fərhadoğlu və Sərxan Kərəmoğlu ilə aparıcılıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.