Şou-biznes

"Jara-2018"in sonuncu günü: ulduzlar festival haqqında böyük heyranlıqla danışırlar - FOTO

29 İyul 2018 21:59
Baxış: 2 044
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Jara-2018" Beynəlxalq Musiqi Festivalının 4-cü - sonuncu günündə musiqiçilər, aktyorlar və mügənnilər gözəl geyimlərində qırmızı xalı üzərindən keçiblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qırmızı xalının aparıcıları Yana Koşkina və Konstantin Karasyukun, yerli və rus KİV-lərinin suallarını cavablandıran ulduzlar və qonaqlar Bakıda keçirilən festival barədə heyranlıqla danışıblar, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Bakı üçüncü ildir ki, "Jara" Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir.

Bu gün festival çərçivəsində Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecəsi nəzərdə tutulub. Habelə A`Studio, Denis Klyaver, EMIN, LOBODA, MBAND, Aleksandr Panayotov, Aleksey Çumakov, Albina Canabayeva, Anjelika Aqurbaş, Ani Lorak, VİA Qra, Vera Brejneva, Qlyuk'oza, Qriqori Leps, Danil Buranov, Diana Arbenina, İrina Dubtsova, Polina Qaqarina, Slava, Soso Pavliaşvili, Timur Rodrigez, Yuliya Kovalçuk və başqalarının ifaları təqdim ediləcək.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.