Azərbaycanın xalq artisti, müğənni Faiq Ağayev yeni mövsümə bir sıra yeniliklərlə başlayır. Milli.Az xəbər portalına açıqlama verən F.Ağayev çoxdandır gözlənilən və hələ də baş tutmayan solo konsertdən söz açdı: "Yeni mövsüm başlayır və qanın qaynayan vaxtıdır. Amma gəlin, 2, 5 və 10 addım önə baxmayaq. Zamanı çatanda olacaq. Hamı bilir ki, jurnalistlərə bəlkə də ən açıq müğənnilərdən biriyəm və bu xəbəri mütləq deyəcəyəm. Mənim üçün sirr deyil ki, tamaşaçılarım darıxırlar. Mən də darıxmışam, ən azı, mətbuat konfransları üçün. Olacaqsa əgər, söz, mütləq hər kəsi dəvət edəcəm. Bunu 100 faiz F.A deyir!!!"
"Əvvəllər deyirdilər ki, Faiq Ağayev ən məhsuldar ifaçılardandır..." sualını müğənni yarımçıq qoydu: "İndi nə dəyişib ki? Mənim üçün kəmiyyət heç vaxt əsas amil olmayıb. Əgər biz bir ay ərzində bir mahnı ərsəyə gətirə biliriksə, bu, gözəldir. Ancaq 3 ay ərində 1 keyfiyyətli mahnı təqdim ediriksə, bu, daha da gözəldir. Mən say hesabını çoxaldıb, keyfiyyəti aşağı sala bilmərəm".
Deyirlər indi keyfiyyətli musiqi bəstələyən də azalıb. Müğənni bu fikrə də münasibət bildirdi: "Biz yəgin qocalmışıq. Başlayırıq "dığ-dığ" etməyə. Əvvəllər su da dadlı idi, hava da gözəl idi. Yoxdur belə şey! Mənə elə gəlir ki, hər zamanın bir özəlliyi var. Yəgin indi belə lazımdır. Nə olub ki bizə? Özümüzü gözə gətirməyək. Qoy heç kim bilməsin ki, işlərimiz yaxşı gedir".
Mələk
Milli.Az
Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Faiq Ağayev söz verdi: "Bunu 100 faiz F.A deyir!!!"
8 Sentyabr 2011 09:00
0 Şərh
Baxış: 638

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Lirə və avro bahalaşdı, dollar isə bu qiymətə satılır - RƏSMİ
-
Skuterin vurduğu aktrisa: "Gəldi evimə, üzr istədi"
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Məhərrəm ayı qabağı qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Yayda şans bu bürclərin üzünə güləcək
-
Moruqla arıqlaya bilərsiniz
-
Paltaryuyan maşından gələn qoxunun qarşısını necə almaq olar?
-
“Yalı Çapkını”nın ulduzu brendlə 86 min manatlıq müqavilə imzaladı
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Yer kürəsinin nüvəsindəki gözlənilməz kəşf alimlərin kainat anlayışını dəyişdirdi
-
Həyat və ölüm arasında üçüncü mərhələ də var?
-
Tramp: İran gözlədiyimizdən zəif reaksiya verdi
-
Nişan mərasimində DAVA - 3 nəfər SAXLANILDI - VİDEO
-
Həbib azərbaycanlı nazirlərlə bir arada - FOTO
-
Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi
-
Günün qoroskopu: Emosiyalarla yox, məntiqlə hərəkət edin
-
Mədəniyyət Nazirliyi Anarın tənqidlərinə cavab verdi
-
Xamenei: İran özünə qarşı da təcavüzə yol verməyəcək
-
AZAL-ın Bakı-Dəmmam istiqaməti üzrə reysi geri dönüb
-
Tramp: İranın Bəhreyn və İraqdakı ABŞ bazalarına hücum edəcəyi gözlənilir
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
-
"Ona "sevgilim" deyirdim" - FOTO
-
Xameneinin yerinə varis seçilir - İki namizəd var