Şou-biznes

Ziynet Sali Muradın “Oppalara” adlı mahnısını oxuyacaq

23 İyul 2018 13:31
1 Şərh     Baxış: 2 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı müğənni Murad Ariflə türkiyəli ifaçı Ziynet Salinin ikinci əməkdaşlığı baş tutub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Muradın özü İnstaqram səhifəsində məlumat yayıb. 

İfaçı bildirib ki, Ziynet  onun "Oppalara"nı oxuyacaq:

"Artıq açıqlama verə bilərik. Türkiyə ulduzlarından sevgili Ziynet Sali ilə ikinci əməkdaşlığımız baş tutdu. Xatırlayırsızsa, o, əvvəlki albomunda mənim "İstanbul" mahnımı oxumuşdu. İndi isə "Oppalara"nın vaxtıdır. Musiqi mənə, sözləri isə mən və Sinan Akçıla aiddir". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.