Şou-biznes

Azərbaycanlı teleaparıcı: "Toyumda narahat idim, çünki..." - FOTO

20 İyul 2018 21:12
9 Şərh     Baxış: 16 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleaparıcı Murad Əzimzadənin Milli.Az-a müsahibəsi.

- Murad, bu yay bir çoxlarından fərqli olaraq istirahət etmədiniz. Hələ yorulmamısınız?

- Mən işləyə-işləyə istirahət edirəm. İşimdən zövq alıram, bu istirahətə bərabərdir.

- "Atv kulis"-lə sağollaşdınız, yoxsa?

- Ən azı 3 ay sağollaşmışıq. "Atv kulis"in müəllifi, layihə rəhbəri, aparıcısı olaraq yeni mövsümlə bağlı qərar verməmişik.

- Yəqin ki, düşündüyünüz nələrsə var...

- Düşündüyüm, icra etmək istədiyim, arzuladığım çox layihələr, işlər var. Qismət, görək necə olur.

- Çəkildiyiniz "Ögey ana" serialı bitdi. Yeni bir serialdan dəvət gəlib?

- Bu mövsümdən qismət olsa, yeni serial həm istehsal edəcəyik, həm də istehsal edəcəyimiz serialda rolum olacaq. Deyilənə görə aktyorluq pis alınmır (gülür).

- Ümumiyyətlə, böyük sənətkarlardan oyununuz haqda rəy alırsınız?

-Yaxın günlərdə xalq artisti Nurəddin Mehdixanlı yanımda rejissor dostum Ramil Ağasıyevə film üçün maraqlı sima olduğumu qeyd etmişdi. Tərif eşitməyi əslində sevmirəm.

- Bəs maraqlıdır, siz kimləri tərifləyirsiniz?

- Tərifə layiq olanı tərifləyib, həmin adama stimul vermək lazımdır.

- Həyatda stimul mənbəyiniz nədir?

- Stimulum tamaşaçı sevgisidir. Yaxşı alınan layihələrimdir stimulum.

- Murad, bəzən instaqram səhifənizdə xanımınızla paylaşımlarınızı görürük. Şəxsi həyatınızı gizlədən məşhurlardan deyilsiniz. Bundan xanımınız və ailəniz narahat olmur ki?

- Nadir hallarda 3-4 şəkil paylaşmışam. Əslində narahat olurlar. Bəlkə də haqlıdırlar. Amma mən narahatlıq keçirmirəm. 

- Murad, serialda bir qızla sevgi səhnəniz var idi. Bu cür səhnələrə həyat yoldaşınız sizi qısqanmır?

- Tək tək şəxslərə qısqanmır, amma ümumilikdə qısqanır.

- Çox problem yaşayırsınız bu barədə?

- Ciddi problem yaşamamışıq. Amma arada evdə aramızda iki nəfərlik talk-şou olur (gülür).

- Toyunuz da mətbuata açıq keçirildi. Amma yaman narahat idiniz toyunuzda. Bildiyimə görə hətta bəzi həmkarlarınız toyunuza gəlmədi.

- Toyumda narahat idim, çünki toyumu özüm - öz gücümə, yaxın 1-2 qohum və dostlarımın dəstəyi ilə etdim. Valideyn dəstəyi olmadan etdim toyumu. Saydım dəvət etdim, gələnlər də sağ olsun, gəlməyənlər də. Necə rəftar edirlərsə, necə davranış sərgiləyirlərsə, mən də eynisini edəcəm. Necə deyərlər hər şey qarşılıqlıdır.

- Toydan sonra bal ayına da yollanmadınız, tez bir zamanda işə çıxdınız. İş sizin üçün bu qədər önəmlidir?

- Bəli, iş mənim üçün çox önəmlidir. Təbii ki ailəm, sağlamlığım heç bir işdən artıq deyil, amma istirahəti avqusta planlaşdırıram.

- Həyatda narahat olduğunuz məqamlar var?

- Mən həmişə narahat yaşamışam. Uşaqlıqdan qayğılar, çətinliklər... Həyatını özü qazananlardanam. Ona görədir narahatlığım. Anamdan, ailəmdən narahatam. Onlara yaxşı gələcək bəxş etmək üçün çalışıram.

- Uzun illər ANS-in həm səsi, həm də siması olmusunuz. Bu gün Atv sizin üçün ANS-i əvəz edə bilir?

- Həyatda heç kim və heç nə bir-birini əvəz etmir. Atv-ni sevirəm, rəhbərliyin gəncpərvər olmasını, dəstəksevər olmasını sevirəm. Atv ilə yaxşı yola gedirik.

- Murad Dadaşovla gördüyümüz qədər münasibətiniz çox yaxşıdır. Hətta "Maşın şou"nun açılışına və bir efirinə siz aparıcılıq etmisiniz. Bəs niyə hələ də "Maşın şou"da iştirak etməmisiniz? Olmaya dəvət gəlib, qəbul etməmisiniz?

- Murad Dadaşov mənim üçün doğmadır, əzizdir. Özümə böyük və örnək bildiyim şəxsdir. Hər zaman öz dəstəyini hiss etdirib mənə. Bunu sənətdə sözünü deyən, hər məşhur etmir. "Maşın şou"da iştirak etməmişəmsə, deməli Murad müəllim belə uyğun bilir, belə məsləhət bilir. Ciddi bir təklif gəlməyib, "Maşın şou"ya təklif gəlsə, iştirak edib tamaşaçıların tanımadığı Murad Əzimzadəni onlara  göstərəcəm.

- Hansı tərəfinizi tamaşaçıların bilməsindən ehtiyat edirsiniz?

- Əslində gizlətdiyim, utandığım tərəfim yoxdur. Sadəcə normadan çox emosional və əsəbiyəm. Bunu istəmirəm tamaşaçı hiss etsin.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.